Cahangir Əsgərov AZAL-ın prezidenti vəzifəsindən azad edildi | 1news.az | Xəbərlər
Rəsmi

Cahangir Əsgərov AZAL-ın prezidenti vəzifəsindən azad edildi

Qafar Ağayev19:37 - 01 / 09 / 2023
Cahangir Əsgərov AZAL-ın prezidenti vəzifəsindən azad edildi

Cahangir Calal oğlu Əsgərov “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti vəzifəsindən azad edilib.

1news.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.

Sərəncama əsasən, “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin birinci vitse-prezidenti Samir Musa oğlu Rzayevə həvalə ediib.

Paylaş:
936

Son xəbərlər

Bütün xəbərlər