Azərbaycan Müdafiə Nazirliyi ermənilər yaydığı məlumatı təkzib etdi | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan Müdafiə Nazirliyi ermənilər yaydığı məlumatı təkzib etdi

Qafar Ağayev09:04 - 05 / 09 / 2023
Azərbaycan Müdafiə Nazirliyi ermənilər yaydığı məlumatı təkzib etdi

Sentyabrın 5-i saat 00:05-dən 00:20-dək Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Ermənistan silahlı qüvvələri bölmələrinin Zərkənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərinin atəşə tutulması barədə qarşı tərəfin yaydığı məlumat tamamilə yalandır.

Bu barədə 1news.az-a Azərbaycanın Müdafiə Nazirliyindən bildirilib.

"Ermənistan müdafiə nazirliyinin yaydığı bu məlumatı qəti surətdə təkzib edirik", - nazirlikdən qeyd edilib.

Paylaş:
274

Son xəbərlər

Bütün xəbərlər