Deputat Qarabağda antiterror tədbirlərindən danışdı: “Bu sözün əsl mənasında tarixi hadisədir” | 1news.az | Xəbərlər
Siyasət

Deputat Qarabağda antiterror tədbirlərindən danışdı: “Bu sözün əsl mənasında tarixi hadisədir”

Qafar Ağayev16:06 - 20 / 09 / 2023
Deputat Qarabağda antiterror tədbirlərindən danışdı: “Bu sözün əsl mənasında tarixi hadisədir”

“Milli Ordumuzun Qarabağda antiterror tədbirlərini həyata keçirməsi son 3 ildə Qarabağ bölgəsində separatçıların atdığı qeyri-legitim addımların məntiqi nəticəsi idi”.

Bunu 1news.az-a açıqlamasında Milli Məclisin deputatı Cavanşir Feyziyev deyib.

"Bu yaxınlarda qondarma qurumun imitasiya etdiyi seçki şousu hadisələri kulminisaya həddinə çatdırdı. Azərbaycan Rusiya sülhməramlı qüvvələrin müvəqqəti nəzarəti altında olan ərazilərdə də öz suveren hüquqlarını həyata keçirməklə Qarabağ ərazisində Konstitusion qayda-qanunları bərpa etdi. Bu sözün əsl mənasında tarixi hadisədir. Mən bütün xalqımızı bu tarixi hadisə münasibətilə təbrik edirəm".

“Böyük ölkələrə və müxtəlif beynəlxalq təşkilatlara güvənən Ermənistan, separatçılar nəticənin belə olduğunu gözləyirdilər?” sualına cavab verən deputat deyib ki, əslində nəticənin belə olacağını gözləməli idilər.

“Amma görünür ki, Ermənistan və erməni siyasətbazları öz tarixlərindən dərs çıxarmağa qadir deyillər. 100 il genosid sözü ilə manipulyasiya edib heç nəyə nail olmadıqdan sonra miatsum kimi cəfəng bir ideyanın ardınca getmək doğrudan da yolunu azaraq qurda yem olmağa doğru gedən sürünün aqibətini xatırladır. Biz onlara çox dedik, az eşitdilər. Bu da sonu. İndi onlar bu sonluğu qəbul etmək məcburiyyətindədir”.

C.Feyziyev bildirib ki, bölgə bütövlükdə sülh və əməkdaşlıq regionuna çevrilməlidir.

“Azərbaycanın qələbəsi bütün bölgə dövlətlərinin xalqlarına sağlam, etibarlı və firavan gələcək vəd edir. Ona görə ermənilər də münaqişə səhifəsini qapadıb həyata yeni reallıqların prizmasından baxmalı, düşmənçilikdən əl çəkib əməkdaşlığa və birgəyaşayışa doğru qəti addım atmalıdırlar”.

Xatırladaq ki, sentyabrın 19-u səhər saatlarında Azərbaycan Ordusu Qarabağda lokal xarakterli antiterror tədbirlərinə başlayıb. Antiterror tədbirləri 20 sentyabr tarixində Azərbaycanın Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri silahı yerə qoyub və təslim olublar.

Paylaş:
662

Son xəbərlər

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 09:08Beynəlxalq axtarışda olan şəxs Livanda tutularaq Azərbaycana ekstradisiya edilibBu gün, 09:06Laçının daha 63 sakini doğma yurda yola salındı - FOTOBu gün, 09:00Bakının bir çox yollarında nəqliyyatın sıxlığı müşahidə edilir - SİYAHIBu gün, 08:55Türkmənistana işgüzar səfər çərçivəsində görüşlər keçirilib - FOTO28 / 11 / 2023, 19:28DİM-də rəqəmsal SAT imtahanı keçiriləcək28 / 11 / 2023, 17:56Azərbaycan və Özbəkistan QHT-ləri arasında Anlaşma Memorandumu imzalanıb28 / 11 / 2023, 17:50“Kanal 13”ün rəhbəri barəsində həbs qətimkan tədbiri seçilib28 / 11 / 2023, 17:43İcma: Ermənistan Azərbaycanın 8 kəndini işğal altında saxlamasını ört-basdır etməyə çalışır28 / 11 / 2023, 17:21İnarə Vəliyeva İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinə sədr təyin edilib28 / 11 / 2023, 17:17Bakıda ticarət mərkəzində yanğın olub28 / 11 / 2023, 17:11Sabah üç rayonda qaz olmayacaq28 / 11 / 2023, 16:56Agentlik dönərxanalarda reyd keçirdi, nöqsanlar aşkarlandı - SİYAHI28 / 11 / 2023, 16:26”ASUS Zenbook”: Yüksək texnologiyalar dünyasında zərifliyin və gücün harmoniyası - FOTO28 / 11 / 2023, 16:18Aşqabadda Türkmənistan - Azərbaycan biznes forumu keçirilib - FOTO28 / 11 / 2023, 16:15Azərbaycanda bu il 284 nəfər qızılcaya yoluxub28 / 11 / 2023, 15:49Bu il martın 1-dən Azərbaycanda tanınan xarici diplomların sayı açıqlandı28 / 11 / 2023, 15:27Bu il akkreditasiyadan keçən universitetlərin sayı açıqlanıb28 / 11 / 2023, 15:09Azərbaycan XİN Albaniyanı təbrik edib28 / 11 / 2023, 15:04ABŞ, Almaniya və Fransa diplomatları “AbzasMedia” ilə əlaqədar XİN-ə çağırılıb28 / 11 / 2023, 14:30
Bütün xəbərlər

Next TV