“Xınalıq və Köç yolu” Dövlət Tarix-Mədəniyyət və Etnoqrafiya Qoruğuna mediatur təşkil edilib - FOTO | 1news.az | Xəbərlər
Mədəniyyət

“Xınalıq və Köç yolu” Dövlət Tarix-Mədəniyyət və Etnoqrafiya Qoruğuna mediatur təşkil edilib - FOTO

Aynurə Xudaverdiyeva09:38 - 26 / 09 / 2023
“Xınalıq və Köç yolu” Dövlət Tarix-Mədəniyyət və Etnoqrafiya Qoruğuna mediatur təşkil edilib - FOTO

Sentyabrın 25-26-da Dövlət Turizm Agentliyi ölkənin kütləvi informasiya vasitələrinin 50-ə yaxın əməkdaşının iştirakı ilə “Xınalıq və Köç yolu” Dövlət Tarix-Mədəniyyət və Etnoqrafiya Qoruğuna mediatur təşkil edib.

1news.az xəbər verir ki, mediaturun məqsədi UNESCO-nun Mədəni İrs siyahısına daxil edilən Xınalıq və Köç yolu mədəni landşaftı ilə jurnalistləri tanış etmək, bu ərazinin Ümumdünya İrsi elan edilməsinin üstünlükləri və turizm potensialına təsiri ilə bağlı ictimaiyyəti məlumatlandırmaq ibarət olub. Mediatur zamanı yeni yaradılmış “Xınalıq və Köç yolu” Dövlət Tarix-Mədəniyyət və Etnoqrafiya Qoruğunda görüləcək işlər, kəndin ərazisində aparılan təmir və bərpa işləri ilə bağlı məlumat da açıqlanıb.

Tədbir çərçivəsində artıq Xınalıq və Köç yolu ərazisinin təkcə xalqımızın deyil, bütün bəşəriyyətin mədəni irsi hesab olunduğu, bu ərazinin UNESCO-nun Ümumdünya İrs siyahısına salınmasının Azərbaycan mədəni irsinin dünyada tanıdılmasına kömək olacağı, həmçinin dünyanın mədəni turizm sahəsində Azərbaycanın mövqeyinin güclənməsinə xidmət göstərəcəyi qeyd edilib. Bu mühüm hadisənin öz növbəsində ərazinin turizm potensialının reallaşdırılmasına yardım edəcəyi də vurğulanıb. Qoruq ərazisində mövcud olan zəngin mədəni turizm resursları sayəsində regional turizm bazarı üçün unikal mədəni və təbiət turizm məhsulları yaradılması mümkün olacaq. Bu da öz növbəsində köç yolunun keçdiyi kənd və qəsəbələrin ərazisində turizm sahəsində özünüməşğulluq inkişaf etməsinə səbəb olacaq.

Qeyd olunub ki, UNESCO-nun qərarı Xınalıq sakinlərinin köçəri mədəniyyətinin tanıdılmasına, o cümlədən Köç yolu üzərindəki əsrlərlə yaşı olan maddi və qeyri-maddi mədəni irs nümunələrinin qorunmasına mühüm töhfə verəcək.

Bildirilib ki, “Xınalıq və Köç yolu” Dövlət Tarix-Mədəniyyət və Etnoqrafiya qoruğunun yaradılması həm yaylaq, həm qışlaq, həm də mövsümi köç yolunda ekoturizmin inkişafına xidmət edəcək, burada kempinq, haykinq kimi turizm məhsullarını əhatə edən turizm sənayesinin inkişafına təkan verəcək.

Mediatur çərçivəsində həmçinin qoruq ərazisində mədəni-tarixi irsimizin qorunması, turizm infrastrukturunun yaxşılaşdırılması istiqamətində aparılan təmir və bərpa işləri ilə bağlı məlumat verilib.

Həmçinin Dövlət Turizm Agentliyi ilə BMT-nin İnkişaf Proqramımın birgə həyata keçirdiyi “Azərbaycanın Regionlarında Dayanıqlı Turizmin İnkişafına Dəstək” layihəsi çərçivəsində Xınalıqda turistlərə qonaq evi istiqamətində xidmət göstərən 16 sahibkara su qızdırıcısı, soba və qaz plitəsi təqdim olunub.

Qeyd edək ki, sentyabrın 18-də UNESCO-nun Ümumdünya İrs Komitəsinin 45-ci sessiyasında “Xınalıq və Köç yolu mədəni landşaftı” UNESCO-nun Ümumdünya irs siyahısında daxil edilməsinə dair qərar qəbul edilib. Sentyabrın 4-də Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə Dövlət Turizm Agentliyinin tabeliyində “Xınalıq və Köç yolu" Dövlət Tarix Mədəniyyət və Etnoqrafiya Qoruğu yaradılıb. Yeni qoruq ərazisi Xınalıq kəndini və 6 rayonun ərazisindən keçən, 200 km-dən çox uzunluğu olan Köç yolunu əhatə edir.

Paylaş:
688

Son xəbərlər

Leysan yağacaq - HAVA PROQNOZUBu gün, 13:19Sumqayıtda 61 yaşlı kişinin meyiti tapılıbBu gün, 13:16Bu ərazinin qaz təchizatında müvəqqəti fasilə yaranacaqBu gün, 12:51Azərbaycanın marketinq uğurları dünya miqyasında təqdim olunacaqBu gün, 12:42Dövlət Turizm Agentliyinin strukturuna daxil olmayan tabeli qurumların sayı artırılıbBu gün, 12:21Vüqar Həşimovun Novxanıda evdə partlayışda xəsarət alan valideynlərinin vəziyyəti açıqlanıbBu gün, 11:57FHN: Ötən sutka 4 nəfər xilas edilibBu gün, 11:32İlham Əliyev Tailand Kralını təbrik edibBu gün, 11:12Prezident Azərbaycan Uşaqlarının VI Ümumrespublika Forumunun iştirakçılarına müraciət ünvanlayıbBu gün, 10:52Prezident: Ermənistanın sürətlə silahlanması dayanıqlı sülhün əldə olunmasını əngəlləyirBu gün, 10:41Azərbaycan Prezidenti: Xalqımız ədalətsizliklə heç vaxt barışmayıbBu gün, 10:21Əmtəə bazarlarında qızıl və gümüşün qiyməti azalıbBu gün, 10:12Qərbi Azərbaycan həqiqətlərinin təbliği sahəsində fərqlənən bir qrup şəxs təltif edilib - SİYAHIBu gün, 09:55İlham Əliyev Bakıda Qərbi Azərbaycana qayıdışla bağlı keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciət edibBu gün, 09:53Azərbaycan neftinin bahalaşması davam edirBu gün, 09:36Gəncədə taksi sürücüsü bıçaqlanıbBu gün, 09:23Daha bir piyada keçidinin inşası yekunlaşdırılıbBu gün, 09:09Bakıda sıxlıq olan küçə və prospektlərBu gün, 08:53“Qarabağ” Qəbələyə qalib gəlib,1/4 finala vəsiqə qazanıb04 / 12 / 2024, 17:58Gənc yazar dünyasını dəyişdi04 / 12 / 2024, 17:54
Bütün xəbərlər