Bu gün Quduzluğa qarşı Mübarizə Günüdür | 1news.az | Xəbərlər
Dünya

Bu gün Quduzluğa qarşı Mübarizə Günüdür

15:22 - 28 / 09 / 2023
Bu gün Quduzluğa qarşı Mübarizə Günüdür

Quduzluq insanlarda, eləcə də heyvanlarda rast gəlinən xəstəlik növlərindən biridir.

Virus xəstə heyvanların tüpürcəyi ilə ifraz olunduğundan bu problem daha çox quduz heyvanların dişləməsi nəticəsində yayılır. Quduzluq mərkəzi sinir sistemini zədələyir və beyində iltihaba səbəb olur.

1news.az xəbər verir ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı (OIE) hər ilin sentyabrın 28-ni dünyada Quduzluğa qarşı Mübarizə Günü elan edib və 2030-cu ilə qədər sahibsiz itlər vasitəsilə xəstəliyə yoluxmanın qarşısının alınmasını məqsəd kimi qarşıya qoyub.

İnsanlarda quduzluq xəstəliyi hidrofobiya - sudan qorxmaq, fotofobiya – işığa həssaslıq, psixonevroloji pozulmalar, udqunma aktının pozulması, yüksək hərarət və digər kliniki əlamətlərlə özünü büruzə verir. Quduzluq olduqca təhlükəli bir xəstəlikdir və müalicəsi olmazsa, vaxtında vaksin vurulmazsa, ölümlə nəticələnir.

Əksər hallarda ancaq itin hücumuna məruz qalanlar həkimə müraciət edir. Lakin bu sadəcə itlərdən keçən virus deyil. Xəstəliyə canavar, tülkü, hətta pişikdən də yoluxmaq mümkündür. Pişik cırmaqlaması nəticəsində də həkimə müraciət olunması tövsiyə edilir. Quduzluğun ilkin əlamətləri qripə bənzəyir. Bir neçə gündən sonra ağızın köpüklənməsi, yuxusuzluq, aqressiv davranışlar kimi əlamətlərlə müşahidə edilir.

Heyvan dişləməsi, cırmaqlaması və ya zədələnmiş dərinin yalanmasına məruz qaldıqda ilk olaraq yaranı və ya tamlığı pozulmuş dərini sabun, çoxlu təmiz su ilə yumaq lazımdır. Təcili olaraq həkimə (yaxşı olar infeksionistə) müraciət edilməlidir.

Xəstəlikdən qorunmaq üçün ev heyvanlarını quduzluğa qarşı peyvəndləməli, sahibsiz it və pişiklərlə birbaşa təmas qurulmamalıdır.

Sahibsiz heyvanların sayının artması və onlara zəruri qayğının göstərilməməsi, xüsusilə küçə it və pişiklərinin vaxtında sterilizasiya edilməməsi, habelə peyvəndlənməməsi bir çox ekoloji, sanitar və səhiyyə problemlərinin yaranması ilə nəticələnir. Elə bu səbəbdən də heyvanlar sterilizasiya, peyvəndləmə, baytar qayğısı, sahibləndirmə, sığınacaq və digər humanist rəftarla da əhatə olunmalıdır. Ona görə də heyvanın hücumuna məruz qalan şəxs mütləq vaxtında həkimə müraciət etməli və quduzluğa görə peyvənd olunmalıdır.

Paylaş:
376

Son xəbərlər

Azərbaycan Mədəniyyət Mərkəzi ilə Özbəkistanın Gənclərlə İş Agentliyi arasında memorandum imzalandıBu gün, 17:54Metroda ölən şəxs müğənninin atası imiş - FOTOBu gün, 17:52Paytaxtda “Kənddən Şəhərə” həftəsonu yarmarkasına 40 rayondan məhsul çıxarılacaqBu gün, 17:48Bu gün Laçına qayıdan ailələrə evlərinin açarları təqdim olunub - YENİLƏNİBBu gün, 17:32Deputat: “Qızılcaya yoluxmanın artmasının əsas səbəbi vaksinasiyanın aparılmamasıdır”Bu gün, 17:13Bakı və Sumqayıtda dəm qazı normadan yüksək olubBu gün, 17:11Vilayət Eyvazov Qubada vətəndaşları qəbul edəcəkBu gün, 16:47Azərbaycan Təhlükəsizlik Şurasının katibi xidmətinə yeni şöbə müdiri təyin edilibBu gün, 16:43DTX-nin Heydər Əliyev adına Akademiyasının əməkdaşları təltif edilib - SİYAHIBu gün, 16:42“Tiktok” ilə əməkdaşlıq çərçivəsində keçirilən proqramın qalibləri elan olunubBu gün, 16:31Lənkəranda narkotikin təsiri altında avtomobil idarə edən şəxs həbs olunubBu gün, 16:29Komitə sədri: “Selektiv abortlara görə dünyada lider olmağımız ürəkağrıdıcı bir faktdır”Bu gün, 16:23İşçilərin hüquqlarını pozan şirkətlər cərimələnibBu gün, 16:17ADMİU-nun 100 illik yubileyinə həsr olunmuş sərgi keçirilib - FOTOBu gün, 16:10Agentlik daha 14 müəssisədə nöqsanlar aşkarladı - SİYAHIBu gün, 16:10Əlahiddə Ümumqoşun Orduda kompüter dəstəkli komanda-qərargah təlimi keçirilib - VİDEOBu gün, 15:53Ceyhun Bayramov Əlcəzairin Xarici İşlər və Xaricdəki Milli İcma Nazirliyinin baş katibi ilə görüşübBu gün, 15:50Qubada qanunsuz kömür quyusu aşkarlanıbBu gün, 15:19“Nəriman Nərimanov” metrostansiyasında sərnişin vəfat edibBu gün, 15:06Vəkilliyə namizədlərlə icbari təlimə başlanılıb - FOTOBu gün, 15:06
Bütün xəbərlər

Next TV