ANAMA sahə əməkdaşlarına təlim keçib - FOTO

Minatəmizləmə Agentliyinin (ANAMA) təlimatçıları sahə əməkdaşlarına Beynəlxalq Minatəmizləmə Standartlarına (IMAS) əsasən EOD-1 (Explosive Ordnance Disposal) - birinci səviyyəli “Partlayıcı sursatların zərərsizləşdirilməsi” təlimi keçib.
Bu barədə 1news.az-a ANAMA-dan bildirilib.
Qeyd olunub ki, təlimlər zamanı mina və partlamamış hərbi sursatlarla davranış, partlayıcı maddələrlə tanışlıq, təhlükə dərəcəsinə görə qiymətləndirmə, onların daşınması, elektrik və qeyri-elektrik üsullarla zərərsizləşdirmə metodları, eləcə də bu istiqamətdə hesabatların tərtibatı üzrə bilik və bacarıqlar tədris edilir.
“Partlayıcı sursatların zərərsizləşdirilməsi” üzrə təməl səviyyə özündə doxsan üç bacarıq tələbini əks etdirir. Agentlik təməl səviyyənin bacarıqları əsasında qurulan EOD-2, EOD-3 və EOD-3+ təlimlərini də həyata keçirir.
ANAMA-nın sahə əməkdaşlarının mütəmadi olaraq ixtisasartırma təlimlərinə cəlb edilməsi və kadr potensialının gücləndirilməsi işğaldan azad edilmiş ərazilərdə aparılan təmizləmə əməliyyatlarının gedişatında mühüm rol oynayır.




