Gəncədə 25 dilənçi saxlanıldı - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Gəncədə 25 dilənçi saxlanıldı - FOTO

14:39 - 12 / 10 / 2023
Gəncədə 25 dilənçi saxlanıldı - FOTO

Gəncə şəhərində dilənçilərlə bağlı reyd keçirilib.

1news.az DİN-in Mətbuat xidmətinin Gəncə regional qrupuna istinadən xəbər verir ki, Gəncə Şəhər Baş Polis İdarəsinin keçirdiyi tədbir zamanı şəhər ərazisində dilənçiliklə məşğul olan 25 nəfər saxlanılıb.

Polis şöbələrinə aparılan şəxslərlə profilaktiki söhbətlər aparılıb və barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib.

Daha sonra saxlanılan şəxslər qeydiyyatda olduqları şəhər və rayonlara göndərilib.

Paylaş:
463

Son xəbərlər

Bütün xəbərlər