Səudiyyə Ərəbistanının Kralı Prezident İlham Əliyevi təbrik edib | 1news.az | Xəbərlər
Rəsmi

Səudiyyə Ərəbistanının Kralı Prezident İlham Əliyevi təbrik edib

17:00 - 18 / 10 / 2023
Səudiyyə Ərəbistanının Kralı Prezident İlham Əliyevi təbrik edib

İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səud Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

1news.az xəbər verir ki, məktubda deyilir:

"Əs-səlamu əleykum və rəhmətullahi və bərəkətuhu.

Ölkənizin Müstəqilliyinin Bərpası Günü münasibətilə Zati-alinizə ən səmimi təbriklərimizi çatdırırıq.

Sizə cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan Respublikasının hökumətinə və xalqına davamlı inkişaf və rifah arzu edirik.

Zati-alinizə xoş arzularımızı və ehtiramımızı bildiririk".

Paylaş:
332

Son xəbərlər

Bütün xəbərlər