Polad Bülbüloğlu Pakistanın Rusiya Federasiyasına yeni təyin olunmuş səfirini qəbul edib - FOTO
25 oktyabr 2023-ci il tarixində səfir Polad Bülbüloğlu Pakistan İslam Respublikasının Rusiya Federasiyasına yeni təyin olunmuş səfiri Muhammad Xalid Camalini onun xahişi ilə qəbul edib.
Görüşdə Polad Bülbüloğlu həmkarını təyinatı münasibətilə təbrik edib və gələcək fəaliyyətində uğurlar arzulayıb. Söhbət zamanı Azərbaycanın Rusiya Federasiyasında akkreditə olunmuş diplomatik korpusun duayeni qismində fəaliyyəti, Rusiya XİN-i ilə birgə təşkil edilən çoxsaylı görüş və mədəni tədbirlər barədə qarşı tərəfi məlumatlandırıb. Azərbaycanla Pakistan münasibətlərinə toxunan ölkəmizin səfiri iki dövlət arasında strateji əməkdaşlığın, o cümlədən mövcud siyasi dialoqun yüksək səviyyəsini qeyd edərək, bu münasibətlərin ölkələrimizin Rusiyadakı diplomatik nümayəndəliklərinin qarşılıqlı fəaliyyətinə fayda verəcəyinə əminliyini bildirib.
Pakistanın səfiri qəbula görə təşəkkürünü bildirərək, Azərbaycanın və Pakistanın Rusiyadakı səfirlikləri arasında qarşılıqlı faydalı əməkdaşlığın davam etməsi və genişlənməsi işinə öz töhfəsini verəcəyini bildirib. Öz növbəsində səfir Polad Bülbüloğlu ölkəmizin ərazilərində qeyriqanuni erməni silahlı qüvvələrinin yaratdığı təhdidləri qeyd edib, erməni silahlı qüvvələrinə və ərazimizdəki qondarma rejimə qarşı həyata keçirdiyi lokal xarakterli anti-terror əməliyyatı barədə məlumat verib. Azərbaycanın səfiri Pakistanın Azərbaycanın beynəlxalq hüquqa və ədalətə əsaslanan mövqeyinə verdiyi dəstəyə, xüsusilə 44 günlük Vətən müharibəsi dövründə dost və qardaş Pakistanın nümayiş etdirdiyi birmənalı dəstəyə görə qarşı tərəfə təşəkkürünü ifadə edib.
Bununla yanaşı Səfir Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən yenidənqurma və bərpa işləri barədə həmkarına ətraflı məlumat verib. Səfir Muhammad Xalid Camali Azərbaycan ərazilərinin işğaldan azad olunması və əldə olunan Qələbə münasibətilə bir daha təbrik edərək, Pakistan xalqı və hökumətinin daim Azərbaycana dəstək olduğunu qeyd 2 edib, bu günə kimi Pakistanın Ermənistanla diplomatik münasibətlər qurmadığını diqqətə çatdırıb. Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Pakistanın səfiri maraqlı və faydalı görüşə görə azərbaycanlı həmkarına təşəkkürünü bildirib. Görüşün sonunda səfir Muhammad Xalid Camaliyə Azərbaycanın Heydər Əliyev Fondu tərəfindən yüksək səviyyədə çap edilmiş “Qarabağ işğaldan əvvəl və sonra” kitabı hədiyyə edilib.
Həmçinin Polad Bülbüloğlu Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun qələbəsi nəticəsində həllini tapmış Ermənistan-Azərbaycan münaqişəsi, onun tarixi, aparılmış danışıqlar prosesi, BMT Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsi və digər beynəlxalq təşkilatlar çərçivəsində münaqişə ilə bağlı qəbul edilmiş çoxsaylı sənədlərin mahiyyəti haqqında yeni zelandiyalı həmkarını məlumatlandırmışdır. Bundan əlavə postmünaqişə dövrü, işğaldan azad edilmiş ərazilərimizdə aparılan genişmiqyaslı bərpa və yenidənqurma işlərinin gedişatı barədə də söz açılmışdır