Sahibə Qafarovanın Türkiyəyə səfəri başlayıb | 1news.az | Xəbərlər
Siyasət

Sahibə Qafarovanın Türkiyəyə səfəri başlayıb

11:44 - 25 / 10 / 2023
Sahibə Qafarovanın Türkiyəyə səfəri başlayıb

Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarovanın Türkiyəyə səfəri başlayıb.

1news.az xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki səfirliyi "X" hesabında məlumat yayıb.

"Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarova onu müşayiət edən nümayəndə heyəti ilə Türkiyə Respublikasına rəsmi səfərə gəlib. Xanım Qafarovanı hava limanında Azərbaycanın Ankaradakı səfiri Rəşad Məmmədov, Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri Şamil Ayrım və digər rəsmi şəxslər qarşılayıblar", - paylaşımda qeyd edilib.

Paylaş:
362

Son xəbərlər

Bütün xəbərlər