Mədəniyyət Nazirliyi işə qəbulla bağlı Apellyasiya Komissiyanın nəticələrini açıqlayıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Mədəniyyət Nazirliyi işə qəbulla bağlı Apellyasiya Komissiyanın nəticələrini açıqlayıb

15:57 - 27 / 10 / 2023
Mədəniyyət Nazirliyi işə qəbulla bağlı Apellyasiya Komissiyanın nəticələrini açıqlayıb

Mədəniyyət nazirinin müavini Səadət Yusifovanın sədrliyi ilə uşaq musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə direktorların, direktor müavinlərinin və müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinin nəticəsindən razı olmayan namizədlərin şikayətlərinə baxılması məqsədilə yaradılmış Apellyasiya Komissiyanın iclasları keçirilib.

1news.az xəbər verir ki, iclaslarda Apellyasiya Komissiyanın üzvləri - nazirin müşavirləri Cahangir Səlimxanov və Oleq Əmirbəyov, İnsan kapitalının idarə edilməsi şöbəsinin müdiri Şahin Həsənov, Hüquq şöbəsinin müdiri Gülər Mikayılova, Sənəd və vətəndaşlarla iş şöbəsinin müdiri Elçin Nəcəfov və Elm, təhsil və gənclərlə iş sektorunun müdiri Lalə Kərimovanın iştirakı ilə 47 nəfər namizədin nəticələrinə yenidən baxılıb.

47 namizəddən 9 nəfərin müsahibə nəticəsi dəyişdirilib, 38 nəfərin müsahibə nəticəsi isə qüvvədə saxlanılıb.

Müzakirələr zamanı namizədlərin müsahibə ilə bağlı fikirləri dinlənilib, müsahibələrin videoçəkilişinə və sənədlərinə əsasən Komissiya üzvlərinin hazırladığı rəylər müzakirə olunub.

Rəcəbova Mesed Ramiz qızı, Əliyeva Leyla İlqar qızı, Abbasova Gülnarə Çingiz qızı, Nəbiyeva Tərgül Rauf qızı, Aslanova Anaxanım Nəsir qızı, Mustafazadə Gülay Telman qızı, Dəmirzadə Xanım Dəmir qızı, Aslanova Nərmin Şahin qızı, Şükürova Aytən Asif qızı iclaslarda iştirak etmədiyindən onlarla keçirilmiş müsahibənin nəticəsinə dair rəylər Komissiya üzvləri tərəfindən onların iştirakı olmadan müzakirə olunub. Sonda Komissiya üzvlərinin səsverməsinə əsasən müvafiq Qərarlar qəbul edilib.

Qərarlara əsasən Şahbazlı Tamira Arzu qızı (30 bal), Əlləzova Sevinc Nadir qızı (25 bal), Abduləzimova Nazdı Azad qızı (21 bal), Eyvazova Ülkər Coşqun qızı (21 bal), Səfərova Vüsalə Əyyub qızı (21 bal), Qurbanova Aynur Yunis qızı (21 bal), İsgəndərov Fərid Rizvan oğlu (21 bal), Eynullayeva Turan Nadir qızı (21 bal) və Möyləyeva Gülüsüm Vüsal qızının (21 bal) əvvəl keçirilmiş müsahibə nəticələrinə dair müraciətləri təmin edilib.

Digər namizədlərin şikayətləri ilə əlaqədar qəbul edilən Qərarlara əsasən həmin namizədlərlə əvvəl keçirilmiş müsahibələrin nəticələrinə dair Müsahibə Komissiyasının qiymətləndirməsi tam obyektiv və əsaslı hesab edilərək dəyişdirilmədən qüvvədə saxlanılıb.

Paylaş:
213

Son xəbərlər

Təqibdən yayınmaq istəyən narkokuryer avtomobilini yandırdıBu gün, 16:09Bakıda 62 yaşlı qadın mağazadan qızıl oğurlamaqda şübhəli bilinirBu gün, 15:39Yol polisi əlverişsiz hava şəraiti ilə bağlı sürücülərə müraciət edibBu gün, 15:08Bakıda avtomobil yanıbBu gün, 14:45Sumqayıtda 23 yaşlı qadın dəm qazından boğularaq ölübBu gün, 14:31Yaponiyada 5.7 maqnitudalı zəlzələ olubBu gün, 14:19FHN: Ötən sutka 2 nəfər xilas edilibBu gün, 14:01Bakıda və Abşeron yarımadasında yağış yağacağı gözlənilir - XƏBƏRDARLIQBu gün, 13:39Hacıqabulda quldurluq edən şəxslər saxlanılıbBu gün, 13:22Cəlilabadda 33 yaşlı qadın itkin düşübBu gün, 12:57Dekabrın ilk günü hava necə olacaq? - HAVA PROQNOZUBu gün, 12:34Azərbaycan nefti bahalaşıbBu gün, 12:09Naxçıvandan Bakıya gedən avtobus Biləsuvarda "Kamaz"la toqquşub, xəsarət alanlar var - FOTOBu gün, 11:51Yasamal və Abşeronda avtomobil qaçıran şəxslər saxlanılıbBu gün, 11:33Azərbaycan mediası COP29 zamanı 60 min material, 4500-dən artıq telereportaj veribBu gün, 11:18Bərdə sakinindən 4 kiloqrama yaxın marixuana aşkarlanıbBu gün, 10:57“Qaraheybət”də hərbi helikopterin qəzaya uğramasından 3 il ötürBu gün, 10:33Bakı metrosunda qatarların hərəkət qrafiki dəyişibBu gün, 10:17Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklar29 / 11 / 2024, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilib29 / 11 / 2024, 17:31
Bütün xəbərlər