Prezident TDT-nin Zirvə görüşündə iştirak etmək üçün Qazaxıstana gedib | 1news.az | Xəbərlər
Rəsmi

Prezident TDT-nin Zirvə görüşündə iştirak etmək üçün Qazaxıstana gedib

1news Redaksiyası14:13 - 02 / 11 / 2023
Prezident TDT-nin Zirvə görüşündə iştirak etmək üçün Qazaxıstana gedib

Noyabrın 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türk Dövlətləri Təşkilatının (TDT) “Türk Əsri” çağırışı altında keçiriləcək 10-cu yubiley Zirvə görüşündə iştirak etmək üçün Qazaxıstan Respublikasına səfərə gedib.

1news.az xəbər verir ki, Astana şəhərinin Nursultan Nazarbayev Beynəlxalq Aeroportunda dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Prezident İlham Əliyevi Qazaxıstanın Baş naziri Alixan Smailov və digər rəsmi şəxslər qarşıladılar.

Paylaş:
528

Son xəbərlər

Bütün xəbərlər