Sahil Babayev: “Azərbaycanda əməkhaqqı fondu ÜDM-in 20 %-dən azdır” | 1news.az | Xəbərlər
Siyasət

Sahil Babayev: “Azərbaycanda əməkhaqqı fondu ÜDM-in 20 %-dən azdır”

15:29 - 04 / 11 / 2023
Sahil Babayev: “Azərbaycanda əməkhaqqı fondu ÜDM-in 20 %-dən azdır”

Bu gün Azərbaycanda əməkhaqqı fondu ümumi daxili məhsulun (ÜDM) dəyərinin 20 %-dən azdır.

1news.az “Report”a istinadən xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Milli Məclisdə “2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

"Aidiyyəti qurumlarla birgə həyata keçirdiyimiz həm inzibati, həm stimullaşdırıcı tədbirlər imkan verdi ki, son 5 ildə əməkhaqqı fondu 2,7 dəfə, median əməkhaqqı isə 2,5 dəfə artsın və bunun nəticəsində toplanan vəsait də artsın. Bu, daimi proses olacaq. Bu gün Azərbaycanda əməkhaqqı fondu ÜDM-in 20 %-dən azdır. Bu nisbət azı 28-30 %-ə çatmalıdır. Onda pensiya və sosial sığorta sistemi daha sürətli rəqəmlərlə artacaq”, - deyə o qeyd edib.

Paylaş:
739

Son xəbərlər

Bütün xəbərlər