Ağdamda azad edilmiş ərazidə insana məxsus kəllə sümüyü aşkarlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Ağdamda azad edilmiş ərazidə insana məxsus kəllə sümüyü aşkarlanıb

17:06 - 07 / 11 / 2023
Ağdamda azad edilmiş ərazidə insana məxsus kəllə sümüyü aşkarlanıb

Noyabrın 7-də Ağdam rayonunun işğaldan azad edilmiş Xıdırlı kəndi ərazisində mühəndis-istehkam işləri aparılarkən insana məxsus olması ehtimal edilən bir ədəd kəllə sümüyü aşkar edilib.

Bu barədə 1news.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

Faktla bağlı Ağdam rayon prokurorluğunda araşdırma aparılır.

Paylaş:
411

Son xəbərlər

Bütün xəbərlər