Azərbaycanın Rusiyadakı səfirliyində Zəfər Günü münasibətilə bayram tədbiri təşkil edilib - FOTO | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycanın Rusiyadakı səfirliyində Zəfər Günü münasibətilə bayram tədbiri təşkil edilib - FOTO

23:54 - 07 / 11 / 2023
Azərbaycanın Rusiyadakı səfirliyində Zəfər Günü münasibətilə bayram tədbiri təşkil edilib - FOTO

Azərbaycanın Rusiyadakı səfirliyi Qarabağda qazanılan Böyük Qələbənin üçüncü ildönümü - Zəfər Günü münasibətilə bayram tədbiri təşkil edib.

Tədbir iştirakçılarına müraciət edərək, səfir Polad Bülbüloğlu 8 noyabr – Zəfər gününün tarixi ədalətin bərqərarı, beynəlxalq hüququn təntənəsi və Azərbaycanın ərazi bütövlüyünün bərpasının rəmzi olduğunu vurğuladı, həmin gün ölkəmizin mədəni paytaxtı Şuşanın azad edildiyini, Zəfər Gününün milli qürur günü olması ilə yanaşı Azərbaycan Respublikasının beynəlxalq tanınmış ərazilərinin iyirmi faizinin uzun illər boyu davam etmiş işğalına son qoyulması günü olduğunu da qeyd etdi. Səfir bu şanlı qələbənin xalqımızın birliyi və mübariz ruh yüksəkliyinin, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuzun məharətinin nəticəsi olduğunu söylədi, bu qələbənin həlak olmuş Azərbaycanın cəsarətli oğul və qızlarının həyatı hesabına əldə edildiyini, onların əziz xatirəsinin əsrlər boyu qəlbimizdə qalacağını bildirdi.

Polad Bülbüloğlu 30-illik işğal dövründə Ermənistan silahlı qüvvələrinin beynəlxalq humanitar hüququ dəhşətli şəkildə pozduqlarını, o cümlədən, hərbi cinayətlər və genosid aktları törətdiklərini söylədi, Ermənistanın bilərəkdən və müntəzəm olaraq Azərbaycanın mədəni irsini məhv etdiyini vurğuladı.

Səfir münaqişənin sülh yolu ilə həlli naminə beynəlxalq səylər və çoxsaylı tədbirlərin nəticəsiz qaldığını, beynəlxalq birliyinin Ermənistanı təcavüzkar siyasətdən əl çəkməyə məcbur edə bilməyərək ikili standartlar tətbiq etdiyini, nəticədə təcavüzkarın siyasi və hərbi təxribatlar həyata keçirdiyini, ultimatumlar irəli sürdüyünü və yeni ərazilər işğal etmək naminə daha bir müharibə planlaşdırdığını bildirdi.

Azərbaycanın səfiri nəticədə 27 sentyabr 2020-ci ildə Ermənistanın Azərbaycan silahlı qüvvələri və yaşayış məntəqələrinə qarşı genişmiqyaslı hərbi hücuma cəhd etdiyini qeyd etdi. Azərbaycan tərəfi təcavüzün qarşısını almaq və mülki əhalinin müdafiəsi məqsədilə BMT Nizamnaməsinə uyğun özünümüdafiə hüququndan istifadə edərək, ölkəmizin öz suveren ərazisində beynəlxalq hüquq çərçivəsində keçirdiyi çox uğurlu hərbi əməliyyat keçirdi və 44 gün müddətində 300-dən artıq şəhər, qəsəbə və kəndi işğaldan azad etdi. Şuşa şəhəri azad edildikdən sonra Ermənistan kapitulyasiya sənədini imzalamağa məcbur oldu.

Çıxışını davam edərək Səfir bildirdi ki, üç ölkənin lideri tərəfindən 10 noyabr 2020-ci ildə imzalanmış Bəyanat Ermənistan və Azərbaycan arasında 30 il davam edən münaqişəyə son qoyaraq, regionda uzunmüddətli sülhün yaranmasına, həmçinin sabitlik, təhlükəsizlik və davamlı iqtisadi inkişaf üçün imkan yaratmışdır.

O, işğalın ağır nəticələrinə baxmayaraq, suverenitet və ərazi bütövlüyünün qarşılıqlı tanınması əsasında Ermənistanla dövlətlərarası münasibətlərin normallaşması prosesinin təşəbbüskarı məhz Azərbaycan Prezidentinin olduğunu diqqətə çatdırdı.

Lakin Ermənistan və onun Azərbaycanın suveren ərazisindəki qeyri-qanuni separatçı törəməsinin hərbi birləşmələrini Azərbaycan ərazilərindən çıxartmaq istəmədiyini, ərazilərin minalamasını davam etdiyini, təbii resursların qanunsuz istifadəsini, həmçinin ərazi iddiaları irəli sürərək regionda sabitlik və təhlükəsizliyə yeni təhdidlər yaratdığını bildirdi.

Polad Bülbüloğlu Ermənistanın davam edən təcavüzkar və revanşist siyasətinin mülki əhali və hərbiçilər arasında yeni insan tələfatına gətirdiyini nəzərə alaraq, cari ilin 19 sentyabr tarixində Azərbaycanın bir sutkadan az davam edən lokal xarakterli uğurlu antiterror tədbirləri keçirdiyini, qanunsuz erməni hərbi birləşmələrini tərk-silah etdiyini, separatçıların qeyri-qanuni qurumlarının özünü buraxmaq qərarı verməyə məcbur qaldıqlarını, bütün tədbirlərin beynəlxalq hüquqa və humanitar hüququn normalarına uyğun olaraq həyata keçirildiyini qeyd etdi.

Səfir 15 oktyabr 2023-cü ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Xankəndi şəhərində Azərbaycan bayrağını qaldırdığını və bununla ölkəmizin öz ərazilərində müstəqilliyini tamamilə bərpa etdiyini vurğulayaraq, bu münasibətlə müzəffər xalqımızı təbrik etdi.

Azərbaycanın səfiri bu möhtəşəm hadisənin Ulu Öndər Heydər Əliyevin 100-illiyinə təsadüf etməsinin bu günə xüsusi əlamətdarlıq gətirdiyini vurğulayaraq, atasının layiqli davamçısı kimi Prezident İlham Əliyevin Ümummilli Liderin vəsiyyətini yerinə yetirdiyini qeyd etdi.

Səfir Ulu Öndər Heydər Əliyevin bugünkü Azərbaycanın memarı olduğunu qeyd edərək, Azərbaycanın müstəqil siyasət aparmasında onun müstəsna xidmətlərini vurğuladı.

Polad Bülbüloğlu Ulu Öndər Heydər Əliyevin 100-illiyinin Rusiyada geniş qeyd edildiyini bildirdi. O, gələn il 50-illiyi qeyd olunacaq Baykal Amur Magistralının (BAM) inşaatçılarına xüsusi təşəkkürünü bildirərək, onların sözlərinə əsasən BAM-ın tikintisinin başa çatması məhz Heydər Əliyevin prinsipiallığı və aktiv fəaliyyəti nəticəsində mümkün olmuşdur.

Çıxışını davam edərək Səfir hal-hazırda azad olunmuş ərazilərdə genişmiqyaslı tikinti və bərpa işlərinin aparıldığını, azad edilmiş ərazilərin bərpasına Azərbaycan büdcəsindən 10 mlrd.ABŞ dollarından artıq vəsait ayrıldığını və bunun dövlətin öz imkanları hesabına həyata keçirdiyi unikal və misilsiz post-münaqişə bərpa modeli olduğunu vurğuladı, yaxın üç il ərzində Qarabağ regionu və Şərqi Zəngəzura 100 mindən artıq insanın qayıdacağını qeyd etdi.

Çıxışının sonunda Azərbaycanın səfiri Böyük Qələbə münasibətilə xalqımızı təbrik etdi və tədbirdə iştirak edən qonaqlara təşəkkürünü bildirdi.

Ziyafət zalında Zəfər Gününə həsr edilmiş banerlər, eləcə də 44 günlük Vətən müharibəsindən bəhs edən fotostendlər quraşdırılmışdı.

Təşkil olunmuş ziyafətdə qonaqlara Azərbaycan mətbəxinin müxtəlif yeməkləri və Azərbaycan içkiləri təqdim edildi.

Tədbirdə Moskvada akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri, yüksək vəzifəli diplomatlar, hərbi attaşelər, Rusiya ictimaiyyətinin tanınmış nümayəndələri, eləcə də Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin əməkdaşları, Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin fəalları və Azərbaycan diasporunun görkəmli təmsilçiləri iştirak etdi.

Paylaş:
260

Son xəbərlər

Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcəkBu gün, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşübBu gün, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilirBu gün, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırırBu gün, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıbBu gün, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olunduBu gün, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilibBu gün, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənibBu gün, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEOBu gün, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığıBu gün, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıbBu gün, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunubBu gün, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoyduBu gün, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdiBu gün, 15:00COP29-da aksiya keçirildi - FOTOBu gün, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDIBu gün, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİBBu gün, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcəkBu gün, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcəkBu gün, 13:19Azərbaycanda zəlzələ olubBu gün, 12:56
Bütün xəbərlər