İsrail səfirliyi Azərbaycanı təbrik edib | 1news.az | Xəbərlər
Siyasət

İsrail səfirliyi Azərbaycanı təbrik edib

09:26 - 09 / 11 / 2023
İsrail səfirliyi Azərbaycanı təbrik edib

İsrailin Bakıdakı səfirliyi Azərbaycanı 9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə təbrik edib.

1news.az xəbər verir ki, bu barədə diplomatik missiya sosial şəbəkədə paylaşım edib.

“İsrail səfirliyi Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik edir”, – səfirlik qeyd edib.

Xatırladaq ki, bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür. Prezident İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən, hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir.

Paylaş:
385

Son xəbərlər

Bütün xəbərlər