Azərbaycanda ÜDM istehsalı 0,5 faiz artıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azərbaycanda ÜDM istehsalı 0,5 faiz artıb

13:20 - 14 / 11 / 2023
Azərbaycanda ÜDM istehsalı 0,5 faiz artıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 100,9 milyard manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,5 % çox ümumi daxili məhsul (ÜDM) istehsal olunub.

1news.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Məlumata görə, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 2,3 % azalıb, qeyri neft-qaz sektorunda isə 3,1 % artıb.

ÜDM istehsalının 41,3 %-i sənaye, 9,9 %-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 6,2 %-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 6,2 %-i nəqliyyat və anbar təsərrüfatı, 5 %-i tikinti, 2,3 %-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,7 %-i informasiya və rabitə sahələrinin, 18 %-i digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 9,4 %-ni təşkil edib.

Əhalinin hər nəfərinə düşən ÜDM 9 938,7 manata bərabər olub.

Paylaş:
361

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər