“ASAN xidmət”də göstərilən xidmətlərin sayı azaldılıb

Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (“ASAN xidmət”) tərəfindən göstərilən xidmətlərin sayı azaldılıb.
1news.az-ın xəbərinə görə, Prezident İlham Əliyev bununla bağlı “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 706 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Fərman imzalayıb.
Dəyişikliklə “ASAN xidmət” mərkəzlərində dövlət orqanları tərəfindən sertifikatlaşdırmadan keçmiş təhsilverənlərə sertifikatlar verilməyəcək.
423