Ədliyyə Nazirliyinin əməkdaşlarına ali xüsusi rütbələr verilib | 1news.az | Xəbərlər
Rəsmi

Ədliyyə Nazirliyinin əməkdaşlarına ali xüsusi rütbələr verilib

13:10 - 21 / 11 / 2023
Ədliyyə Nazirliyinin əməkdaşlarına ali xüsusi rütbələr verilib

Ədliyyə Nazirliyinin əməkdaşlarına ali xüsusi rütbələr verilib.

1news.az-ın xəbərinə görə, Prezident İlham Əliyev "Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin əməkdaşlarına ali xüsusi rütbələrin verilməsi haqqında" Sərəncam imzalayıb.

Sərəncamla Azərbaycan Respublikası ədliyyə nazirinin müavini – Penitensiar xidmətin rəisi Mirsaleh Miradil oğlu Seyidova ədliyyə general-mayoru, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Strateji planlaşdırma və monitorinq baş idarəsinin rəisi Cavid Ənvər oğlu Hüseynova III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib.

Paylaş:
328

Son xəbərlər

Bütün xəbərlər