Baş nazir hərbçilərin yeni maaşları ilə bağlı Müdafiə Nazirliyinə tapşırıq verib | 1news.az | Xəbərlər
Cəmiyyət

Baş nazir hərbçilərin yeni maaşları ilə bağlı Müdafiə Nazirliyinə tapşırıq verib

09:54 - 21 / 11 / 2023
Baş nazir hərbçilərin yeni maaşları ilə bağlı Müdafiə Nazirliyinə tapşırıq verib

Müdafiə Nazirliyi 15 gün müddətində hərbi qulluqçuların vəzifə maaşlarının məbləği barədə təkliflərini Nazirlər Kabinetinə təqdim edəcək.

1news.az-ın xəbərinə görə, bununla bağlı Baş nazir Əli Əsədov Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin hərbi qulluqçularının vəzifə maaşlarının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 7 noyabr tarixli 2342 nömrəli Fərmanının icrasının təmin edilməsi barədə sərəncam imzalayıb.

Sərəncamla Müdafiə Nazirliyi Ədliyyə Nazirliyi, Maliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə razılaşdırmaqla, on beş gün müddətində hərbi qulluqçuların vəzifə maaşlarının məbləği, nəzərdə tutulan artım əmsalının məbləğinin yuxarı həddi, vəzifələrin siyahısı və həmin vəzifələr üzrə hərbi qulluqçuların vəzifə maaşlarının məbləği barədə təkliflərini Nazirlər Kabinetinə təqdim etməlidir.

Baş nazir bundan əlavə, “Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin həqiqi hərbi xidmət hərbi qulluqçularının aylıq vəzifə maaşlarının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 7 noyabr tarixli 2344 nömrəli Fərmanının icrasının təmin edilməsi barədə, “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin həqiqi hərbi xidmət hərbi qulluqçularının aylıq vəzifə maaşlarının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 7 noyabr tarixli 2343 nömrəli Fərmanının icrasının təmin edilməsi barədə, “Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin həqiqi hərbi xidmət hərbi qulluqçularının aylıq vəzifə maaşlarının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 7 noyabr tarixli 2345 nömrəli Fərmanının icrasının təmin edilməsi barədə də sərəncam imzalayıb. Sərəncamların icrası Nazirlər Kabineti Aparatının Hüquq və qanunvericilik şöbəsinə həvalə edilib.

Qeyd edək ki, sərəncamlar noyabrın 17-də imzalanıb.

Paylaş:
85

Son xəbərlər

Türkmənistana işgüzar səfər çərçivəsində görüşlər keçirilib - FOTO28 / 11 / 2023, 19:28DİM-də rəqəmsal SAT imtahanı keçiriləcək28 / 11 / 2023, 17:56Azərbaycan və Özbəkistan QHT-ləri arasında Anlaşma Memorandumu imzalanıb28 / 11 / 2023, 17:50“Kanal 13”ün rəhbəri barəsində həbs qətimkan tədbiri seçilib28 / 11 / 2023, 17:43İcma: Ermənistan Azərbaycanın 8 kəndini işğal altında saxlamasını ört-basdır etməyə çalışır28 / 11 / 2023, 17:21İnarə Vəliyeva İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinə sədr təyin edilib28 / 11 / 2023, 17:17Bakıda ticarət mərkəzində yanğın olub28 / 11 / 2023, 17:11Sabah üç rayonda qaz olmayacaq28 / 11 / 2023, 16:56Agentlik dönərxanalarda reyd keçirdi, nöqsanlar aşkarlandı - SİYAHI28 / 11 / 2023, 16:26”ASUS Zenbook”: Yüksək texnologiyalar dünyasında zərifliyin və gücün harmoniyası - FOTO28 / 11 / 2023, 16:18Aşqabadda Türkmənistan - Azərbaycan biznes forumu keçirilib - FOTO28 / 11 / 2023, 16:15Azərbaycanda bu il 284 nəfər qızılcaya yoluxub28 / 11 / 2023, 15:49Bu il martın 1-dən Azərbaycanda tanınan xarici diplomların sayı açıqlandı28 / 11 / 2023, 15:27Bu il akkreditasiyadan keçən universitetlərin sayı açıqlanıb28 / 11 / 2023, 15:09Azərbaycan XİN Albaniyanı təbrik edib28 / 11 / 2023, 15:04ABŞ, Almaniya və Fransa diplomatları “AbzasMedia” ilə əlaqədar XİN-ə çağırılıb28 / 11 / 2023, 14:30Mikayıl Cabbarov Türkmənistan prezidenti ilə görüşüb - FOTO28 / 11 / 2023, 14:29Azərbaycanda hərbçilərin xidmət etdikləri son yaş həddi dəyişir28 / 11 / 2023, 13:59Ceyhun Kərəmov: “Peşə təhsili müəssisələrinin akkreditasiyasına başlanılacaq”28 / 11 / 2023, 13:42Maştağada avtomobildən 7000 manat oğurlanıb28 / 11 / 2023, 13:37
Bütün xəbərlər

Next TV