Sosial şəbəkələrdə qadınlardan hədə-qorxu ilə pul tələb edən şəxs saxlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Sosial şəbəkələrdə qadınlardan hədə-qorxu ilə pul tələb edən şəxs saxlanılıb

12:21 - 27 / 11 / 2023
Sosial şəbəkələrdə qadınlardan hədə-qorxu ilə pul tələb edən şəxs saxlanılıb

İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində sosial şəbəkələrdə dələduzluq edən və qadınlardan hədə-qorxu ilə pul tələb etməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan 1news.az-a verilən məlumata görə, bir neçə rayon sakini polisə müraciət edərək “Instagram” da tanış olduqları şəxsin onlardan hədə-qorxu ilə pul tələb etdiyini, əks təqdirdə barələrində rüsvayedici məlumat və fotoşəkillər paylaşacağını bildiriblər. Müraciətlər dərhal nəzarətə götürülüb və keçirilmiş əməliyyat-texniki tədbirlər nəticəsində qeyd olunan əməli törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, 19 yaşlı Yaşar Məmmədov saxlanılıb.

Araşdırma zamanı məlum olub ki, Y.Məmmədov qadınların sosial şəbəkədəki fotolarını götürərək başqa saxta hesablar açıb və onların fotoşəkillərini orada paylaşıb. Daha sonra isə başqa hesab vasitəsilə həmin qadınlara yazaraq özünü onlara “Roman” adı ilə tanıdıb. Qadınlarla tanış olduqdan sonra dostunun xaker fəaliyyəti göstərdiyini və müəyyən pul müqabilində həmin hesabların silinməsinin mümkün olduğunu bildirib. Bu kimi vədlərlə onların ümumilikdə 5 min manata yaxın pulunu dələduzluq yolu ilə ələ keçirib. İstintaq zamanı Y.Məmmədovun respublikanın digər şəhər və rayon sakinlərinə qarşı da analoji cinayətlər törətdiyi müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri davam etdirilir.

Y.Məmmədovun analoji əməllərindən zərərçəkən başqa vətəndaşlar olarsa, DİN-in “102” Xidməti-Zəng Mərkəzinə, İsmayıllı Rayon Polis Şöbəsinə, eləcə də ərazi polis orqanına müraciət edə bilərlər.

Paylaş:
267

Son xəbərlər

Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklar29 / 11 / 2024, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilib29 / 11 / 2024, 17:31“SAT-SAS-2024” təlimi başa çatıb29 / 11 / 2024, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilib29 / 11 / 2024, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladı29 / 11 / 2024, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZ29 / 11 / 2024, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirir29 / 11 / 2024, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıb29 / 11 / 2024, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıb29 / 11 / 2024, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlib29 / 11 / 2024, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTO29 / 11 / 2024, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsəti29 / 11 / 2024, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib29 / 11 / 2024, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edir29 / 11 / 2024, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilir29 / 11 / 2024, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşüb29 / 11 / 2024, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölüb29 / 11 / 2024, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydı29 / 11 / 2024, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıb29 / 11 / 2024, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edir29 / 11 / 2024, 13:14
Bütün xəbərlər