Mikayıl Cabbarov Türkmənistan prezidenti ilə görüşüb - FOTO
İqtisadiyyat naziri Mikayıl Cabbarov Türkmənistana işgüzar səfəri çərçivəsində Prezident Sərdar Berdiməhəmmədovla görüşüb.
1news.az xəbər verir ki, bu barədə İqtisadiyyat nazir Mikayıl Cabbarov "X" sosial şəbəkəsində bildirib.
“Azərbaycan Türkmənistan Birgə Hökumətlərarası Komissiyasının 7-ci iclasını keçirdik. Ölkələrimizin iqtisadi müstəvidə ortaq maraqlarına xidmət edən təşəbbüslər, həmçinin sənaye, ticarət, KOB, energetika, nəqliyyat, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlığın perspektivləri barədə fikirlərimizi bölüşdük.
Azərbaycan və Türkmənistan dövlət başçılarının siyasi iradəsi və münasibətlərin inkişafına verdikləri önəm tərəfdaşlığın genişlənməsində əsas hərəkətverici qüvvədir. Türkmənistana işgüzar səfər çərçivəsində Prezident cənab Sərdar Berdiməhəmmədovun qəbulunda olduq və əlaqələrin bütün sahələr üzrə möhkəmləndirilməsi üçün imkanları nəzərdən keçirdik", - deyə paylaşımda qeyd olunub.