ADMİU-nun 100 illik yubileyinə həsr olunmuş sərgi keçirilib - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

ADMİU-nun 100 illik yubileyinə həsr olunmuş sərgi keçirilib - FOTO

16:10 - 29 / 11 / 2023
ADMİU-nun 100 illik yubileyinə həsr olunmuş sərgi keçirilib - FOTO

Noyabrın 28-də Muzey Mərkəzində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) 100 illik yubileyinə həsr olunmuş sərginin açılış mərasimi keçirilib.

1news.az xəbər verir ki, “Yüz ilin rəngləri” adlı sərgi-tədbirdə millət vəkilləri, ölkəmizin müxtəlif ali təhsil ocaqlarının rektorları, tanınmış ictimaiyyət nümayəndələri, incəsənət xadimləri, ADMİU-nun rəhbərliyi, professor-müəllim heyəti və jurnalistlər iştirak ediblər.

Açılış nitqi ilə çıxış edən ADMİU-nun rektoru professor Ceyran Mahmudova bu günün universitet kollektivi üçün bir bayram olduğunu vurğulayıb. Çünki bu gün ADMİU-nun 100 illik yubileyinə həsr olunmuş tədbirlər silsiləsinin növbətisi keçirilir: “2023-cü il ölkəmiz üçün dahi lider, Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi və cənab Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin başçılığı ilə Xankəndində Azərbaycan bayrağının ucaldılması ilə əlamətdar oldu. Həmçinin, bu il Mədəniyyət və İncəsənət Universiteti üçün də özünün 100 illik yubileyi kimi mühüm bir hadisə ilə əlamətdar oldu. Bu münasibətlə cənab Prezidentimiz tərəfindən imzalanmış sərəncam isə bizi həm çox sevindirdi, həm qürurlandırdı, həm də böyük bir məsuliyyət yaratdı. Bir il ərzində biz həm Ulu Öndərin, həm də Universitetimizin 100 illik yubileyi münasibəti ilə bir-birindən maraqlı tədbirlər keçirdik. Bugünki “Yüz ilin rəngləri” sərgisi də həmin tədbirlərdən biridir. Mədəniyyət və İncəsənət Universiteti bu 100 ildə müxtəlif rəngləri özündə birləşdirən möhtəşəm bir palitra yaradıb. O palitrada bizim bayrağımızın mavisi, qırmızısı, yaşılı, günəşin sarısı, universitetimizin narıncısı, həmçinin, yolu Mədəniyyət və İncəsənət Universitetindən keçən dahi sənətkarların rəngləri cəm olub. Bu rənglər kəhkəşanında biz ölkəmizin bir əsrlik möhtəşəm mədəniyyətini, incəsənətini, milli-mənəvi dəyərlərini görə bilirik”.

Tədbirdə Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov, Rəssamlıq Akademiyasının rektoru Natiq Əliyev, ADMİU-nun Rəssamlıq fakültəsi “Dizayn və dekorativ-tətbiqi sənət” kafedrasının müdiri, professor, Xalq rəssamı, professor Arif Əziz, Xalq rəssamı Xanlar Əhmədov və başqaları çıxış edərək universiteti 100 illik yubileyi münasibəti ilə təbrik edib, onun Azərbaycan incəsənətinin, mədəniyyətinin inkişafındakı əvəzsiz rolundan danışıblar.
Çıxışların ardından Rəssamlıq fakültəsinin “Dizayn və dekorativ-tətbiqi sənət” kafedrasının geyim dizaynı ixtisasının hazırladığı dəfilə təqdim olunub.

Daha sonra isə tədbir iştirakçıları Rəssamlıq fakültəsinin müəllim və tələbələrinin əl işlərindən ibarət olan sərgi ilə tanış olublar.

Sərginin açılış mərasimində iştirak edən millət vəkili Razi Nurullayev belə gözəl bir sərgidən və yetişməkdə olan istedadlı Azərbaycan gəncliyindən məmnunluğunu dilə gətirib: “Bu gün bu tədbirdə olmaqdan böyük sevinc duyuram. Çünki həm gənc dizaynerlərimizin hazırladıqları dəfilə, həm də bu gözəl sərgi ruhumu oxşadı. Mən bir daha əmin oldum ki, ölkəmizdə çox istedadlı gənclər yetişir. Azərbaycan incəsənəti, mədəniyyəti dünya mədəniyyətləri arasında ilk yerlərindən birini tutur. Gənclərimiz bu mədəniyyəti öyrənməli və dünyada təbliğ etməlidirlər. Şadam ki, Mədəniyyət və İncəsənət Universitetində bu cür gözəl şərait yaradılıb və incəsənətimiz tələbələrə layiqincə tədris olunur. Bugünki sərgi bunu bir daha sübut etdi. Mən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini 100 yaşı münasibəti ilə təbrik edir, bu qocaman ali təhsil ocağımıza daha böyük uğurlar arzulayıram”.

Qeyd edək ki, Muzey Mərkəzində açılmış “Yüz ilin rəngləri” adlı sərgi noyabrın 29-na qədər davam edəcək.

Paylaş:
527

Son xəbərlər

“AzInTelecom” VIII Beynəlxalq Bankçılıq Forumunda - FOTOBu gün, 15:56BŞTİ 329 nömrəli məktəbdə şagirdin bıçaqlanması ilə bağlı məlumat yaydıBu gün, 15:38Suriyada gərginlik artır: Müxaliflər irəliləyir, rejim əks hücuma hazırlaşırBu gün, 15:16Şuşada daha 48 ailəyə evlərinin açarı təqdim olunub - FOTO - YENİLƏNİBBu gün, 15:08Tacikistan Prezidenti İlham Əliyevə zəng edibBu gün, 14:59İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşından 682 qram qızıl aşkarlanıbBu gün, 14:42İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının nümayəndə heyəti ilə görüş keçirilib - FOTOBu gün, 14:30Ədliyyə Nazirliyinin Strateji planlaşdırma və monitorinq baş idarəsinə rəis təyin edilib - DOSYEBu gün, 14:02Dövlət Əmək Müfəttişliyi Xidməti beynəlxalq müsabiqədə 2 mükafata layiq görülübBu gün, 13:53Türkiyənin Antalya şəhəri yaxınlığında 4,6 bal gücündə zəlzələ olubBu gün, 13:25ADY bu ilin 11 ayında baş verən toqquşmaların sayını açıqladıBu gün, 13:20Lionel Messi komanda yoldaşları ilə birlikdə Bakıya gəlirBu gün, 12:50Kolleclərdə monitorinq keçirilib, nöqsanlar aşkarlanıbBu gün, 12:41Yağış yağacaq, külək əsəcək - Sabahın havasıBu gün, 12:24Laborator analizlərin nəticələrini “mygov” rəqəmsal hökumət platformasından əldə etmək mümkündürBu gün, 12:23Direktorların işə qəbulu üzrə elektron qeydiyyat başlayıbBu gün, 12:02Nazirlər Kabineti kiçik elektrik nəqliyyat vasitələrinə dair qərar veribBu gün, 11:57Nazir: 100 min uşaq üçün əlavə məktəbəqədər təhsil müəssisələrinin açılması nəzərdə tutulurBu gün, 11:43İlham Əliyev Mövlud Çavuşoğlunu qəbul edibBu gün, 11:40Bakıda 6 nəfərin 33 min manatı dələduzluqla ələ keçirməkdə şübhəli bilinən şəxslər saxlanılıbBu gün, 11:29
Bütün xəbərlər