Ceyhun Bayramovla NATO Baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi arasında görüş keçirilib | 1news.az | Xəbərlər
Siyasət

Ceyhun Bayramovla NATO Baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi arasında görüş keçirilib

Qafar Ağayev17:56 - 30 / 11 / 2023
Ceyhun Bayramovla NATO Baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi arasında görüş keçirilib

30 noyabr 2023-cü il tarixində xarici işlər naziri Ceyhun Bayramov ATƏT Nazirlər Şurasının 30-cu iclası çərçivəsində NATO Baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina ilə görüşüb.

XİN-dən 1news.az-a verilən xəbərə görə, görüşdə Azərbaycan və NATO arasında mövcud əməkdaşlıq gündəliyinin aktual məsələləri, regional və beynəlxalq məsələlər, həmçinin, Azərbaycan-Ermənistan normallaşma prosesi və danışıqların perspektivləri müzakirə edilib.

Görüş zamanı Azərbaycan tərəfindən regionda və onun hüdudlarından kənarda sülh və təhlükəsizliyə töhfə verən və tərəfdaş ölkə kimi Azərbaycanla NATO arasında müntəzəm siyasi dialoqun aparılması və praktiki əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyəti qeyd edilib.

Nazir Ceyhun Bayramov, 24 saatdan az müddətdə Azərbaycan tərəfindən həyata keçirilmiş anti-terror tədbirlərini şərtləndirən amillər, Azərbaycan və Ermənistan arasında normallaşma prosesinin irəli aparılması istiqamətində Azərbaycan tərəfindən atılan addımlar barədə qarşı tərəfi ətraflı məlumatlandırıb.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Paylaş:
314

Son xəbərlər

Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığıBu gün, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıbBu gün, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunubBu gün, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoyduBu gün, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdiBu gün, 15:00COP29-da aksiya keçirildi - FOTOBu gün, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDIBu gün, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİBBu gün, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcəkBu gün, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcəkBu gün, 13:19Azərbaycanda zəlzələ olubBu gün, 12:56Yağış, duman, külək - Bazar gününün havası açıqlandıBu gün, 12:39DİN: Ötən gün 7,2 kiloqramdan artıq narkotik vasitə aşkarlanıbBu gün, 12:12Azərbaycanda sektorlar üzrə strateji planların hazırlanmasının yeni Qaydası təsdiqlənibBu gün, 11:53Azərbaycanlı deputatlar Rusiyada beynəlxalq konfransa qatılacaqlarBu gün, 11:4431 min nəfərdən çox şəxsə proaktiv qaydada pensiya təyin edilibBu gün, 11:20Bu il icbari tibbi sığorta hesabına icra olunan diskektomiya əməliyyatının sayı açıqlanıbBu gün, 11:06AFFA nümayəndəsi “Mançester Siti”nin oyununa təyinat aldıBu gün, 10:32Azərbaycan və Braziliya arasında turizm əlaqələri müzakirə olunub - FOTOBu gün, 10:12Bu gündən bəzi məktəblərdə dərslər başlayıbBu gün, 09:41
Bütün xəbərlər