Qubada narkotikin təsiri altında avtomobil sürən 86 sürücü saxlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Qubada narkotikin təsiri altında avtomobil sürən 86 sürücü saxlanılıb

10:39 - 02 / 12 / 2023
Qubada narkotikin təsiri altında avtomobil sürən 86 sürücü saxlanılıb

Qubada narkotikin təsiri altında avtomobil idarə edən 86 sürücü saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan 1news.az-a verilən xəbərə görə, Quba Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı son 4 ay ərzində rayon ərazisində narkotik vasitənin təsiri altında avtomobil idarə edən 86 nəfər saxlanılıb.

Bütün faktlarla bağlı RPŞ-də araşdırma aparılıb, toplanmış xüsusatlar baxılması üçün Quba rayon məhkəməsinə göndərilib və məhkəmənin qərarı ilə həmin şəxslərin barələrində qanunamüvafiq tədbir görülüb.

Paylaş:
344

Son xəbərlər

Bütün xəbərlər