Sığınacaqda 40-a yaxın uşaq qızılcaya yoluxub | 1news.az | Xəbərlər
Cəmiyyət

Sığınacaqda 40-a yaxın uşaq qızılcaya yoluxub

12:26 - 06 / 12 / 2023
Sığınacaqda 40-a yaxın uşaq qızılcaya yoluxub

Bakıda Azərbaycan Uşaqlar Birliyinin sığınacağında olan uşaqlardan 40 nəfərə yaxını qızılcaya yoluxub.

Bu barədə 1news.az-a sığınacaqdan məlumat verilib.

Bildirilib ki, 15 gündür, uşaqlar arasında qızılca xəstəliyinin əlamətləri müşahidə olunur:

“Hazırda 15-dən çox uşaq 1 saylı Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasına yerləşdirilib. Bu say tez-tez dəyişir. Çünki tibb müəssisəsinə yerləşdirilən uşaqlardan bəziləri sağalaraq sığınacağa qaytarılır. Yoluxanların əksəriyyəti 5 yaşadək olan körpələrdir. Hazırda uşaqların vəziyyətləri normaldır. 1 uşağın vəziyyəti ağırdır və həkimlər onu sağaltmaq üçün əllərindən gələni edirlər”.

Sığınacaqdan həmçinin bildirilib ki, yoluxan uşaqların çoxu peyvənd olunmayıb:

Paylaş:
351

Son xəbərlər

Bütün xəbərlər