Muxtar Babayev Beynəlxalq Valyuta Fondunun icraçı direktoru ilə COP29-u müzakirə edib | 1news.az | Xəbərlər
Siyasət

Muxtar Babayev Beynəlxalq Valyuta Fondunun icraçı direktoru ilə COP29-u müzakirə edib

Qafar Ağayev14:45 - 12 / 02 / 2024
Muxtar Babayev Beynəlxalq Valyuta Fondunun icraçı direktoru ilə COP29-u müzakirə edib

Azərbaycan ekologiya və təbii sərvətlər naziri, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) prezidenti Muxtar Babayev Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) səfəri çərçivəsində Beynəlxalq Valyuta Fondunun (IMF) icraçı direktoru Kristalina Georgieva ilə COP29-la bağlı müzakirələr aparıb.

1news.az xəbər verir ki, bu barədə K.Georgieva M.Babayevlə görüşünə dair "X" hesabında paylaşım edib.

Qeyd edək ki, Muxtar Babayev, həmçinin BƏƏ-nin Dubay şəhərində keçirilən "Dayanıqlı maliyyələşmənin təşviqi vasitəsilə iqlim fəaliyyəti" mövzusu ilə bağlı panel müzakirədə də iştirak edib.

Dünya Hökumətlər Sammiti çərçivəsində keçirilən müzakirədə BƏƏ Mərkəzi Bankının rəhbəri Xalid Məhəmməd Balama, BƏƏ-nin maliyyə naziri Məhəmməd bin Hadi Əl Hüseyni, Beynəlxalq Valyuta Fondunun (IMF) idarəedici direktoru Kristalina Georgieva, Beynəlxalq Valyuta Fondunun Yaxın Şərq və Mərkəzi Asiya Departamentin rəhbəri Cihad Azur iştirak ediblər.

Paylaş:
327

Son xəbərlər

Ekoloji təmiz nəqliyyat vasitələrinin kreditləşməsində müsbət dinamika müşahidə olunurBu gün, 15:22Kolleclərə qəbul olunanlar üçün qeydiyyat başlayıbBu gün, 14:58“28 May” metrostansiyasında eskalator əsaslı təmirdən sonra istifadəyə verilibBu gün, 14:50Bakı, Sumqayıt və Abşeron üzrə sentyabr ayının pensiyaları ödənilibBu gün, 14:37Ceyhun Bayramov Ukraynanın yeni XİN rəhbəri ilə telefon danışığı aparıbBu gün, 14:27Bakı-Şamaxı-Yevlax yolunun bir hissəsində nəqliyyatın hərəkəti iki aylıq qismən məhdudlaşdırılacaqBu gün, 14:23İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində COP29-a hazırlıqla bağlı görülən işlərlə tanış olubBu gün, 14:13Azercell yeni Wi-Fi cihazını təqdim edirBu gün, 13:59Azərbaycan və Gürcüstan müdafiə nazirləri hərbi sahədə əməkdaşlığı müzakirə ediblərBu gün, 13:52Çərşənbə gününün hava proqnozuBu gün, 13:29Azərbaycan xüsusi təyinatlılarının da qatıldığı “Sonsuz qardaşlıq - III” çoxmillətli təliminin açılışı olubBu gün, 13:19Nazir: “Elə məktəb direktorları var ki, onların qəbuluna düşmək mənim düşməkdən daha çətindir”Bu gün, 12:40Emin Əmrullayev: “May ayından sonrakı iki həftədə səmərəliliyimiz aşağı düşür”Bu gün, 12:28Bakıda məktəb və bağçalarda aparılan monitorinqlərin sayı açıqlandıBu gün, 11:58“Qarabağ və Türkiyə-Azərbaycan Universitetlərində tədris digərlərindən gec başlayacaq”Bu gün, 11:49Ardıcıl hərbi-siyasi tədbirlər dayanıqlı sülhün təmin olunmasına hesablanıbBu gün, 11:47Nazir: Rus dili bölməsində təhsil alan şagirdlər öz tarixini və ədəbiyyatını Azərbaycan dilində öyrənməlidirlərBu gün, 11:41COP29 ərəfəsində bağçalar işləyəcək? - Nazirdən AÇIQLAMABu gün, 11:29Emin Əmrullayev: “Qəzalı məktəblərin sayı yarıbayarı azalıb”Bu gün, 11:21Qadını şantaj edib pul alan 22 yaşlı oğlan tutulubBu gün, 11:13
Bütün xəbərlər