Bakıda növbəti ümumşəhər iməciliyi keçirilib - YENİLƏNİB | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda növbəti ümumşəhər iməciliyi keçirilib - YENİLƏNİB

18:02 - 20 / 04 / 2024
Bakıda növbəti ümumşəhər iməciliyi keçirilib - YENİLƏNİB

Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən yaz mövsümü ilə əlaqədar paytaxtda təmizlik və abadlıqla bağlı növbəti ümumşəhər iməcliyi və ağacəkmə aksiyası keçirilib.

1news.az-ın məlumatına görə, səhər saatlarından etibarən Bakı Şəhər İcra Hakimiyyətinin kommunal təsərrüfat xidmətlərinin texnikası tərəfindən şəhərin 551 əsas küçə və prospektlərin yuyucu maddələrlə yuyulmasını təmin edilib və eyni zamanda genişmiqyaslı təmizlik və abadlıq işləri həyata keçirilib.

Həmçinin Prezident İlham Əliyevin Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Sərancamının icrası ilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə paytaxtın Qaradağ rayonunda yerli iqlim şəraitinə uyğun olaraq seçilmiş 400 ədəd yeni ağac əkilib. Ağacəkmə aksiyaları paytaxtın digər rayonlarında da keçirilib.

14:09

Yaz mövsümü ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən şənbə günü, aprel ayının 20-də paytaxtda növbəti ümumşəhər iməcliyi və ağacəkmə aksiyası keçirilib.

1news.az-a BŞİH mətbuat xidmətindən verilən məlumata əsasən, kommunal təsərrüfat xidmətlərinin texnikası səhər saatlarından əsas küçə və prospektlərin bitki və canlılara ziyansız yuyucu maddələrlə yuyulmasını aparıb, xidmətin əməkdaşları tərəfindən prospekt və küçələrin, səki kənarlarının, bordyurların və buradakı işıq dirəklərinin, yol kənarındakı məhəccərlərin, park və istirahət yerlərində oturacaqların yuyulmasını həyata keçirilib, həyət və yaşayış məhəllələrində təmizlik işləri görülüb.

BŞİH-in çağırışına qoşulan ictimai-iaşə, ticarət və digər obyektlərin əməkdaşları da iməclikdə yaxından iştirak edərək öz obyektlərinin vitrinlərini təmizləyib, ətrafında səliqə-sahman yaradıblar. Eyni zamanda müəssisə, idarə və təşkilatların kollektivləri, şəhər sakinləri də bu iməclikdə fəal şəkildə iştirak ediblər.

Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi əməkdaşları tərəfindən əsas magistral yol və prospektlərin kənarlarındakı ağacların üzərinə toplanan toz və torpaq yuyulub, onların dibi yumşaldılıb, mövsümlə əlaqədar ağaclara və yaşıllıq sahələrinə aqrotexniki qulluq göstərilib və təbii gübrələr verilib. Eyni zamanda, şəhər ərazisində Abşeron iqliminə uyğun yeni ağaclar, kollar, güllər əkilir, müxtəlif rəngli güllərdən kompozisiyalar yaradılır, yaşıllıq zolaqları və parklarda qazon örtüyünün yenilənməsi aparılır.

Həmçinin Prezident İlham Əliyevin Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Sərancamının icrası ilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə paytaxtın Qaradağ rayonunda növbəti ağacəkmə aksiyası keçirilib. Aksiyada yerli iqlim şəraitinə uyğun olaraq seçilmiş 400 ədəd yeni ağac əkilib. Ağacəkmə aksiyaları paytaxtın digər rayonlarında da keçirilib.

Paylaş:
228

Son xəbərlər

DYP hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edibBu gün, 11:10Dünya bazarlarında qızıl və gümüş bahalaşıbBu gün, 10:55Azərbaycan XİN Türkiyəyə başsağlığı veribBu gün, 10:43Yaponiyanın İmperatoru Azərbaycan Prezidentini təbrik edibBu gün, 10:41Bəzi yerlərdə şimşək çaxıb, arabir yağış yağıb - FAKTİKİ HAVABu gün, 10:17Sumqayıtda qanunsuz tikili sökülübBu gün, 10:07Ötən həftə azad edilmiş ərazilərdə xeyli silah-sursat aşkar edilibBu gün, 09:51Tozlu hava şəraiti davam edirBu gün, 09:31Şəkidə “Kalaşnikov” satan şəxs saxlanılıbBu gün, 09:22Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələriBu gün, 09:15Bakının bəzi yollarında tıxac yaranıb - SİYAHIBu gün, 09:03FHN: Tovuzda su anbarında batan şəxsin axtarışları hava şəraitinə baxmayaraq, davam edir - VİDEO25 / 05 / 2024, 18:07Sumqayıtda qumbara tapılıb25 / 05 / 2024, 17:54Bu gün paytaxtın 549 küçəsi yuyulub25 / 05 / 2024, 17:40Qarabağda #Birbaşlanğıc daha:Kapital Bank-ın Xankəndi filialı açıldı25 / 05 / 2024, 17:20Bu gün Xalq artisti Ramiz Novruzun doğum günüdür25 / 05 / 2024, 17:10Nərimanov rayonunda ağaclara edilən “sui-qəsd”in qarşısı alınıb - Nazirlikdən AÇIQLAMA - FOTO25 / 05 / 2024, 16:54Çex Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib25 / 05 / 2024, 16:44Koreya Prezidenti Azərbaycan Prezidentini Müstəqillik Günü münasibətilə təbrik edib25 / 05 / 2024, 16:28Şuşa şəhərində daha 32 ailəyə mənzillərinin açarları təqdim olunub - YENİLƏNİB25 / 05 / 2024, 16:14
Bütün xəbərlər