DİM magistratura imtahanında iştirak edəcək şəxslərə müraciət edib | 1news.az | Xəbərlər
Cəmiyyət

DİM magistratura imtahanında iştirak edəcək şəxslərə müraciət edib

Qafar Ağayev11:52 - 22 / 04 / 2024
DİM magistratura imtahanında iştirak edəcək şəxslərə müraciət edib

Məlum olduğu kimi, Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı (II cəhd) 28 aprel 2024-cü il tarixində keçiriləcək.

Dövlət İmtahan Mərkəzindən 1news.az-a verilən xəbərə görə, bakalavrlar “İmtahana buraxılış vərəqəsi”ni çap etmək üçün https://www.e-gov.az/az/services/read/2516/0?tqdk_xdm=145 linkinə daxil olmalıdırlar.

Qeyd edək ki, bakalavrlar imtahana gələrkən özləri ilə şəxsiyyəti təsdiq edən sənədin əsli və “İmtahana buraxılış vərəqəsi”ni mütləq gətirməlidirlər. Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, bakalavr imtahana buraxılmır.

Paylaş:
312

Son xəbərlər

Bütün xəbərlər