İlham Əliyev Ukrayna səfirinin etimadnaməsini qəbul edib - YENİLƏNİB | 1news.az | Xəbərlər
Rəsmi

İlham Əliyev Ukrayna səfirinin etimadnaməsini qəbul edib - YENİLƏNİB

12:21 - 25 / 05 / 2024
İlham Əliyev Ukrayna səfirinin etimadnaməsini qəbul edib - YENİLƏNİB

Azərbaycan Prezidenti İlham Əliyev mayın 25-də Ukraynanın yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Yuri Qusevin etimadnaməsini qəbul edib.

1news.az-ın məlumatına görə, səfir etimadnaməsini dövlət başçısına təqdim etdi.

Prezident İlham Əliyev səfirlə söhbət etdi.

Səfir Ukrayna Prezidenti Volodimir Zelenskinin salamlarını dövlətimizin başçısına çatdırdı.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Ukrayna Prezidentinə çatdırmağı xahiş etdi.

Dövlət başçısı Prezident Volodimir Zelenski ilə bir neçə gün əvvəl telefon danışığını xatırladaraq, bu müstəvidə ölkələrimiz arasında enerji sahəsində əməkdaşlıq məsələlərinə toxunulduğunu diqqətə çatdırdı.

Söhbət zamanı ölkələrin müstəqilliklərinin bərpasından bəri Azərbaycan ilə Ukrayna arasında dostluq münasibətlərinin formalaşdığı və ölkələrimiz arasında ikitərəfli əsasda yaxşı əlaqələrin olduğu qeyd edildi, həmçinin dövlətlərimizin bir-birinin ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyi vurğulandı.

Səfir Ukraynaya göstərilən humanitar dəstəyə, xüsusilə Ukraynadan olan uşaqların Azərbaycanda reabilitasiya üzrə təşkil olunan layihələrə görə təşəkkürünü bildirdi.

Yuri Qusev ötən gün Azərbaycanın Laçın şəhərinə səfər etdiyini və burada görülən bərpa-quruculuq işlərinin onda böyük təəssürat yaratdığını deyərək, İrpen və Laçın şəhərləri arasında qardaşlıq münasibətlərinin qurulması məsələsini qeyd etdi.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

11:29

Azərbaycan Prezidenti İlham Əliyev mayın 25-də Ukraynanın Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Yuri Qusevin etimadnaməsini qəbul edib.

1news.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat xidməti məlumat yayıb.

Paylaş:
387

Son xəbərlər

Azərbaycanda 9 ayda aşkarlanıb blokkanan domenlərin sayı açıqlanıbBu gün, 12:35Şənbə günü hava necə olacaq? - PROQNOZBu gün, 12:33Bakıda gənc oğlan faciəli şəkildə ölübBu gün, 12:29İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edibBu gün, 12:09Hava gəmilərinə uçuşların təhlükəsizliyi ilə bağlı nəzarətin həyata keçirilməsi qaydası təsdiqlənibBu gün, 12:04Əmək miqrasiyası kvotasının müəyyən edilməsi Qaydasında dəyişiklik edilibBu gün, 11:45Danimarka rəsmiləri Carlsberg Azerbaijan zavoduna səfər ediblər - FOTOBu gün, 11:37SİMA minlərlə ağacın qorunmasına töhfə verirBu gün, 11:24Leyla Əliyeva və Arzu Əliyeva Milli İncəsənət Muzeyində təşkil olunan sərgiləri ziyarət ediblərBu gün, 11:11Bu gün görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun anadan olmasından 102 il ötürBu gün, 11:02Bakıda 16 yaşlı qız itkin düşübBu gün, 10:39Sabunçunun bəzi ərazilərində işıq olmayacaqBu gün, 10:27Cari ilin 10 ayında sosial müavinət və Prezident təqaüdü üzrə ödənişlərin məbləği açıqlanıbBu gün, 10:17Azərbaycan neftinin qiyməti 75 dolları ötübBu gün, 10:10Hindistandan Almaniyaya uçan təyyarə Heydər Əliyev Aeroportuna təcili eniş edibBu gün, 10:07Dünya bazarında qızıl bahalaşmaqda davam edirBu gün, 09:49DYP küləkli hava ilə bağlı yol hərəkəti iştirakçılarına müraciət edibBu gün, 09:33AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:26Mastercard dayanıqlılıq mövzusunda “Sandbox as a Service” hakatonunun qaliblərini elan edir - FOTOBu gün, 09:15Lənkəranda ər arvadını bıçaqlayıbBu gün, 09:04
Bütün xəbərlər