Buxarestdə AZAL-ın ilk reysinin təntənəli qarşılanma mərasimi keçirilib - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Buxarestdə AZAL-ın ilk reysinin təntənəli qarşılanma mərasimi keçirilib - FOTO

Qafar Ağayev17:40 - 03 / 06 / 2024
Buxarestdə AZAL-ın ilk reysinin təntənəli qarşılanma mərasimi keçirilib - FOTO

Azərbaycanın milli aviadaşıyıcısı AZAL iyunun 3-də Bakı-Buxarest-Bakı marşrutu üzrə ilk reysini uğurla həyata keçirib.

"Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, “Azərbaycan Hava Yolları” aviaşirkətinin təyyarəsi ənənəvi olaraq su tağı ilə qarşılanıb.

Buxarestdə aviaşirkətin ilk reysinin yerinə yetirilməsi münasibətilə təntənəli mərasim keçirilib. Tədbirdə Azərbaycan Respublikasının Rumıniyadakı səfiri Qüdsi Osmanov, Rumıniyanın Azərbaycandakı səfiri Vasile Soare, Rumıniyanın İqtisadiyyat, Sahibkarlıq və Turizm naziri Ştefan-Radu Oprea, Rumıniyanın İqtisadiyyat, Sahibkarlıq və Turizm Nazirliyinin Turizm Baş İdarəsinin baş direktoru İoana Podosu, Dövlət Turizm Agentliyinin Aparat rəhbəri Kənan Qasımov, Azərbaycan Turizm Bürosunun İdarə Heyətinin sədr müavini Cavanşir Bayramov, “Azərbaycan Hava Yolları” aviaşirkətinin Satış və əməkdaşlıq idarəsinin rəisi Çingiz Mürsəlov, aviaşirkətin Satış və əməkdaşlıq idarəsinin Avropa regionu üzrə nümayəndəsi Kamran Qacar, eləcə də digər rəsmi şəxslər iştirak ediblər.

İştirakçılar öz çıxışlarında Azərbaycan və Rumıniya arasında əlaqələrin möhkəmləndirilməsi, həmçinin qarşılıqlı turizm mübadiləsinin stimullaşdırılması üçün Bakı-Buxarest-Bakı marşrutu üzrə birbaşa aviareyslərin açılmasının vacibliyini vurğulayıblar. Azərbaycanın turizm ölkəsi kimi tanıdılması istiqamətində genişmiqyaslı tədbirlərin həyata keçirildiyi, dövlət səviyyəsində turizmin inkişafına xüsusi diqqət ayrıldığı bildirilib.

Qeyd edilib ki, birbaşa uçuşların açılması Azərbaycanı rumıniyalı turistlər üçün daha əlçatan edəcək və iki ölkə arasında turist axınına müsbət təsir göstərəcək. Turizm əlaqələrinin inkişafı iki ölkənin xalqları arasında dostluq münasibətlərinin daha da möhkəmlənməsinə töhfə verəcəkdir.

Bakı-Buxarest-Bakı marşrutu üzrə uçuşlar həftədə iki dəfə olmaqla bazar ertəsi və cümə axşamı günləri yerinə yetiriləcək. Uçuş cədvəli ilə tanış olmaq və aviabiletləri əldə etmək üçün aviaşirkətin rəsmi www.azal.az saytına keçid ala və ya mobil tətbiqinə daxil ola bilərsiniz.

Paylaş:
171

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər