Deputat: “Bu ilin yanvar-fevral aylarında gün ərzində 50-dən çox boşanma olub” | 1news.az | Xəbərlər
Cəmiyyət

Deputat: “Bu ilin yanvar-fevral aylarında gün ərzində 50-dən çox boşanma olub”

14:21 - 07 / 06 / 2024
Deputat: “Bu ilin yanvar-fevral aylarında gün ərzində 50-dən çox boşanma olub”

Bu ilin yanvar-fevral aylarında gün ərzində 50-dən çox boşanma olub.

1news.az “Report”a istinadən xəbər verir ki, bunu Milli Məclisin deputatı Müşfiq Cəfərov parlamentin növbədənkənar sessiyasının iyunun 7-də keçirilən iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu gün ölkədə boşanmaların sayı ciddi şəkildə artıb: “Bu, artıq SOS siqnalıdır və qarşısının alınması üçün ciddi addımlar atılmalıdır. Nəzərə alsaq ki, ölkədə vətəndaş nikahı yoxdur, insanlar tövsiyə, məsləhət əsasında nikaha daxil olurlar. Hətta bir çox hallarda bir-birilərini yaxından tanımırlar. Təbii ki, bu da sonradan boşanmaların sayının artmasına gətirib çıxarır”.

Paylaş:
247

Son xəbərlər

Bütün xəbərlər