İnvestisiya yatırımı adı altında vətəndaşların 228 min manatını və qızılını ələ keçirən şəxs saxlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

İnvestisiya yatırımı adı altında vətəndaşların 228 min manatını və qızılını ələ keçirən şəxs saxlanılıb

Qafar Ağayev09:41 - 14 / 06 / 2024
İnvestisiya yatırımı adı altında vətəndaşların 228 min manatını və qızılını ələ keçirən şəxs saxlanılıb

İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə sosial şəbəkədə qazanc əldə etmək adı ilə vətəndaşları aldadaraq onların maddi vəsaitini və əmlakını talayan 24 yaşlı Cavid Mustafayev saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan 1news.az-a verilən məlumata görə, o, “Instagram”da “investa_emine_qazanc” adlı səhifə yaradaraq müraciət edən şəxslərə kiçik yatırımlarla daha çox qazanc əldə etmək kimi şirnikləndirici heç bir iqtisadi əsasları olmayan vədlər verib.

C.Mustafayev daha sonra balansda olan məbləğin daha da artırılması və rüsumların ödənilməsi kimi qanunsuz tələblərlə zərərçəkənlərdən əlavə pullar alıb.

Analoji üsulla o, 228 min manat və 50 min manat dəyərində qızıl-zinət əşyaları ələ keçirib. Həmin şəxs tanınmamaq üçün zərərçəkənlərdən qızıl-zinət əşyalarını əvvəlcədən özünün təyin etdiyi yerlərə qoymalarını tələb edib.

Məhkəmənin qərarı ilə C.Mustafayev barəsində həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.

Onun qanunsuz əməllərindən zərərçəkən başqa şəxslər varsa, polisə müraciət edə bilərlər.

Paylaş:
138

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər