COP29 Sədrliyi COP29 Akademiyasının fəaliyyətinə start verib | 1news.az | Xəbərlər
Cəmiyyət

COP29 Sədrliyi COP29 Akademiyasının fəaliyyətinə start verib

Qafar Ağayev11:43 - 14 / 06 / 2024
COP29 Sədrliyi COP29 Akademiyasının fəaliyyətinə start verib

Cari ilin 11-22 noyabr tarixlərində ölkəmizdə baş tutacaq COP29 konfransı çərçivəsində aktiv iqlim fəaliyyəti ilə planetimizə müsbət təsirlərə əsaslı töhfələrin verilməsi, eyni zamanda paytaxtımıza üz tutacaq on minlərlə xarici qonağın ən yaxşı təcrübə və qonaqpərvərliklə qarşılanmasının təmin edilməsi istiqamətində göstərilən səylərlə yanaşı, həmçinin tədbirin paytaxt və ölkəmizə təsirləri də dəyərləndirilməkdədir.

COP29 Azərbaycan Əməliyyat Şirkətinin Mətbuat xidmətindən 1news.az-a verilən xəbərə görə, bu istiqamətdə COP29 Azərbaycan Əməliyyat Şirkəti növbəti layihəyə start verərək, ekoloji maarifləndirmə və iqlim dəyişmələri istiqamətində gənclərin fəal iştirakının təmin edilməsi məqsədilə COP29 Akademiyasının fəaliyyətə başladığını elan edir.

Akademiyanın yaradılması təşəbbüsü iqlim və dayanıqlılıq mövzularında peşəkar səriştələr, liderlik, dərin bilik nümayiş etdirən və fərqlənən universitet məzunlarını tanımaq və dəstəkləməyi, ölkənin parlaq gəncləri vasitəsilə dayanıqlılığın əhəmiyyəti barədə cəmiyyətin məlumatlandırılmasını hədəfləyir.

Bu proqram iştirakçılara mentorluq, davamlı peşəkar inkişaf və özünü inkişaf üçün imkanları təklif etməklə iştirakçıların dayanıqlılıq sahəsində biliklərə yiyələnməsi, bu biliklərin həmyaşıdları, ailələri və ictimaiyyət ilə paylaşmaları üçün bir platforma rolunu oynayacaq.

İstənilən ixtisas sahəsi üzrə məzunların müraciətlərini qəbul edəcək Akademiya qeydiyyatdan keçən gənclər üçün ünsiyyət, layihələrin idarəedilməsi, peşəkar davranış kodeksi və s. kimi yumşaq bacarıqlara yiyələnmək üçün muvafiq mütəxəssislərin iştirakı ilə seminarlara qatılma imkanı yaradacaq. COP29 Akademiyasının iştirakçıları Əməliyyat Şirkəti tərəfindən işlə təmin edilərək COP29 tədbirinin təşkilinə işçi heyətinin üzvü qismində töhfə verməyə cəlb ediləcəklər.

2023 və 2024-cü illərdə akkreditə olunmuş universitetlərdən məzun olan, Azərbaycan Respublikasının vətəndaşlığını daşıyan və əmək fəaliyyəti ilə məşğul olmayan, sosial aktiv, xarici dil bilikləri yüksək olan bütün namizədlər 22 iyun 2024-cü il tarixinədək linki vasitəsilə ərizə formasını dolduraraq qeydiyyatdan keçə bilərlər. Proqram tələblərinə əsasən seçilən namizədlər müsahibə mərhələsinə dəvət olunacaqlar. Əlavə məlumat üçün www.cop29.az, [email protected] və ya +994125352928 müraciət oluna bilər.

Ümumilikdə, qeyd edilməlidir ki, tədbir həm gənclər, həm ölkənin ümumi işçi qüvvəsinə əsaslı şəkildə təsir edəcək. Bu xüsusda ölkəmiz öz fəaliyyəti ilə paytaxt Bakı və onun hüdudlarından kənarda insan kapitalının formalaşması, infrastrukturun təkmilləşdirilməsi və dayanıqlı inkişafın dəstəklənməsi kimi istiqamətlərdə əldə edilən nailiyyətləri tədbirdən sonra da miras olaraq buraxmağı hədəfləyir.

Paylaş:
157

Son xəbərlər

“Qarabağ” Qəbələyə qalib gəlib,1/4 finala vəsiqə qazanıbBu gün, 17:58Gənc yazar dünyasını dəyişdiBu gün, 17:54Yasamal və Xəzər rayonlarının bir hissəsində qaz kəsiləcəkBu gün, 17:45Ödənişli avtomagistrallarla bağlı yeni cərimələr müəyyən olunurBu gün, 17:42Santa Klausun izi ilə - Antalyanı bir də belə tanıyın - FOTOBu gün, 17:30“Təmiz Hava” aylığı çərçivəsində reydlər keçirilib, 2 mindən çox sürücü cərimələnibBu gün, 17:29Məktəb yoldaşına kəsici alətlə xəsarət yetirməkdə şübhəli bilinən şagird saxlanılıbBu gün, 17:11Sahibə Qafarova Mövlud Çavuşoğlu ilə görüşübBu gün, 17:05Elektromobillər üçün enerji doldurucularının yerləşdirilməsinə icazə tələb edilməyəcəkBu gün, 16:49ASAN könüllülərinin sayı 40 mini ötdü - FOTOBu gün, 16:45“AzInTelecom” VIII Beynəlxalq Bankçılıq Forumunda - FOTOBu gün, 15:56Suriyada gərginlik artır: Müxaliflər irəliləyir, rejim əks hücuma hazırlaşırBu gün, 15:16Şuşada daha 48 ailəyə evlərinin açarı təqdim olunub - FOTO - YENİLƏNİBBu gün, 15:08Tacikistan Prezidenti İlham Əliyevə zəng edibBu gün, 14:59İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşından 682 qram qızıl aşkarlanıbBu gün, 14:42İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının nümayəndə heyəti ilə görüş keçirilib - FOTOBu gün, 14:30Ədliyyə Nazirliyinin Strateji planlaşdırma və monitorinq baş idarəsinə rəis təyin edilib - DOSYEBu gün, 14:02Dövlət Əmək Müfəttişliyi Xidməti beynəlxalq müsabiqədə 2 mükafata layiq görülübBu gün, 13:53Türkiyənin Antalya şəhəri yaxınlığında 4,6 bal gücündə zəlzələ olubBu gün, 13:25ADY bu ilin 11 ayında baş verən toqquşmaların sayını açıqladıBu gün, 13:20
Bütün xəbərlər