Abşeronda xeyli mərmi, qumbara və digər sursatlar aşkar edilib - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Abşeronda xeyli mərmi, qumbara və digər sursatlar aşkar edilib - VİDEO

Qafar Ağayev15:36 - 21 / 06 / 2024
Abşeronda xeyli mərmi, qumbara və digər sursatlar aşkar edilib - VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonu, Saray və Masazır qəsəbələri ərazisində sursat aşkar edilməsi barədə məlumat daxil olub.

1news.az xəbər verir ki, bu barədə FHN Mətbuat xidməti məlumat yayıb.

Məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib.

Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerlərinə baxış zamanı aşkar edilmiş sursatların döyüş tətbiqinə yararlı ümumilikdə 32 ədəd 7x62 mm-lik mərmi, 180 ədəd 5x45 mm-lik mərmi, 8 ədəd 9 mm-lik mərmi, 1 ədəd 9 mm-lik tapança, 25 ədəd F-1 əl qumbarası, 3 ədəd RQD-5 əl qumbarası və 33 ədəd UZRQM partladıcısı olduğu müəyyən edilib.

Sursatlar XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb, aşkar edilmiş 1 ədəd 9 mm-lik tapança aidiyyəti üzrə təhvil verilib.

Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.

Paylaş:
109

Son xəbərlər

Xankəndi şəhərinin iqtisadi imkanları ilə tanışlıq - FOTOBu gün, 19:21TƏBİB-in icraçı direktoru: Tibb müəssisələrində baş vermiş uyğunsuzluqlar ciddi narahatlıq doğururBu gün, 17:48Baş Prokurorluq işəgötürənlərə müraciət etdiBu gün, 17:35Arif Quliyevin həyat yoldaşı vəfat etdiBu gün, 17:31Sevinc Fətəliyeva: Cənubi Qafqazda sülhün və təhlükəsizliyin təmin edilməsi Azərbaycan üçün ən əsas məsələdirBu gün, 17:21Natiq Qasımovun anasına Prezident təqaüdü təyin edilibBu gün, 17:12Rusiya gəmiləri Bakıya dostluq səfəri ediblər - FOTOBu gün, 17:04“AmCham Azərbaycan”ın Direktorlar Şurası yenidən formalaşdırılıbBu gün, 16:58İsmayıllı-Lahıc avtomobil yolunda hərəkət bərpa edilibBu gün, 16:34Ceyranbatan su anbarında qadın meyiti aşkarlanıbBu gün, 16:20Azərbaycanda bəzi seçki dairələrinin hüdudlarına dəyişiklik edilirBu gün, 16:16Azərbaycanda Dünya Ətraf Mühit Günü keçiriləcəkBu gün, 16:11Prezident BMT-nin Baş katibinin müavini və Ətraf Mühit Proqramının icraçı direktorunu qəbul edib - YENİLƏNİBBu gün, 15:55Özbəkistanda II Beynəlxalq Maqom Sənəti Forumu keçirilirBu gün, 15:44Sahibkarlar üçün Ağdam Sənaye Parkına səfər təşkil edilibBu gün, 15:38Ölkəyə qanunsuz gətirilən tütün məhsulları aşkarlandıBu gün, 15:24Bu günə qədər 64 mindən çox müəllim sertifikatlaşdırma imtahanlarında iştirak edibBu gün, 15:05ABB-nin dəstəyi ilə “Baku ID” innovasiya festivalı başlandıBu gün, 14:59Xaçmazda Birinci Qarabağ müharibəsinin şəhidi Adıgözəl Qasımovla vida mərasimi keçirilirBu gün, 14:53Atasını döyərək öldürən şəxsin məhkəməsi başlayırBu gün, 14:24
Bütün xəbərlər