“Azərişıq”: Güclü küləyin vurduğu ziyan aradan qaldırılır | 1news.az | Xəbərlər
Cəmiyyət

“Azərişıq”: Güclü küləyin vurduğu ziyan aradan qaldırılır

Qafar Ağayev17:53 - 21 / 06 / 2024
“Azərişıq”: Güclü küləyin vurduğu ziyan aradan qaldırılır

Azərbaycan regionlarında güclü küləyin elektrik enerjisi təsərrüfatına vurduğu ziyan “Azərişıq” tərəfindən aradan qaldırılır.

1news.az quruma istinadən verdiyi məlumata görə, sel suları, yağış və güclü küləklə müşahidə edilən hava şəraiti Daşkəsən, Gədəbəy, Ağstafa, Şəmkir, Gəncə və Tovuzda bir neçə ağacın aşaraq elektrik xətlərini sıradan çıxarmasına səbəb olub.

Hadisə nəticəsində rayonların əksər hissəsində elektrik enerjisinin verilişi dayanıb. Kəndlər işıqsız qalıb. "Azərişığ"ın əməkdaşları təbiət hadisəsinin yaratdığı fəsadların aradan qaldırılması üçün dünən günün ikinci yarısından başlayaraq gücləndirilmiş iş rejimində çalışıblar.

Qurumdan bildirilir ki, sözügedən rayonlarda elektrik enerjisinin verilişinin qısa zamanda bərpa edilməsi istiqamətində zəruri tədbirlər görülüb.

Hazırda baş vermiş qəzaların 90 %-dən yuxarı hissəsinin aradan qaldırıldığı, qarşıdakı saatlarda isə qəzanın baş vermiş ərazilər üzrə elektrik enerjisi verilişinin tam bərpa ediləcəyi qeyd edilir.

Paylaş:
259

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər