Viktor Orban Azərbaycana səfər edəcək | 1news.az | Xəbərlər
Siyasət

Viktor Orban Azərbaycana səfər edəcək

17:45 - 04 / 07 / 2024
Viktor Orban Azərbaycana səfər edəcək

Macarıstan Baş naziri Viktor Orban Azərbaycana səfər edəcək.

1news.az APA-ya istinadən xəbər verir ki, bu barədə Baş nazirin sözçüsü Zoltan Kovacs bildirib.

Onun sözlərinə görə, Baş nazir Viktor Orban 5-6 iyul tarixlərində Şuşa şəhərində Türk Dövlətləri Təşkilatının Zirvə Toplantısında iştirak edəcək.
"Sammitdə əsas diqqət nəqliyyat, əlaqələnmə və iqlim siyasəti vasitəsilə davamlı gələcəyin qurulmasına yönəldiləcək. Üzv dövlətlər, o cümlədən Türkiyə, Özbəkistan, Türkmənistan, Qazaxıstan, Azərbaycan, Qırğızıstan və Macarıstan (müşahidəçi qismində) bu sahələrdə əməkdaşlığı genişləndirməyi hədəfləyirlər.
Baş nazir Orban tərəfdaş dövlətlərin liderləri ilə də ikitərəfli danışıqlar aparacaq", o bildirib.

Paylaş:
416

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər