Əli Əsədov Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru ilə görüşüb | 1news.az | Xəbərlər
Siyasət

Əli Əsədov Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru ilə görüşüb

Qafar Ağayev16:48 - 15 / 07 / 2024
Əli Əsədov Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru ilə görüşüb

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov iyulun 15-də Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru xanım Roland Prays ilə görüşüb.

1news.az örüşdə Azərbaycan ilə Dünya Bankı arasında uzunmüddətli səmərəli tərəfdaşlıq çərçivəsində həyata keçirilən və müxtəlif sahələri əhatə edən birgə layihələrin uğurlu nəticələri təqdir edildi.

Hazırda icra olunan layihələrin gedişi, həmçinin Dünya Bankının fəaliyyət istiqamətlərinə və Azərbaycanın inkişaf prioritetlərinə uyğun olaraq bankın 2025-2029-cu illəri əhatə edəcək yeni Ölkə Tərəfdaşlıq Çərçivəsinin hazırlanması ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Eyni zamanda Azərbaycan ilə Dünya Bankı arasında bir sıra sahələrdə, o cümlədən COP29 çərçivəsində əməkdaşlığın perspektivləri müzakirə edildi.

Paylaş:
575

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər