BMTİP və Azərbaycan COP29-dan öncə iqlimlə bağlı fəaliyyətlərin artırılmasının zəruriliyini qeyd edir - FOTO | 1news.az | Xəbərlər
Siyasət

BMTİP və Azərbaycan COP29-dan öncə iqlimlə bağlı fəaliyyətlərin artırılmasının zəruriliyini qeyd edir - FOTO

Qafar Ağayev16:58 - 15 / 07 / 2024
BMTİP və Azərbaycan COP29-dan öncə iqlimlə bağlı fəaliyyətlərin artırılmasının zəruriliyini qeyd edir - FOTO

BMT-nin İnkişaf Proqramı və Azərbaycan hökuməti qarşıdan gələn COP29 Konfransının prioritetlərinə, həmçinin qlobal istiləşməni 1,5 dərəcədə saxlamaq üçün fəaliyyətlərin genişləndirilməsinin zəruriliyinə dair müzakirələr təşkil edib.

1news.az xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi Konfransı və ya daha çox COP29 kimi tanınan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası Tərəflərinin Konfransı 11-22 noyabr 2024-cü il tarixlərində Azərbaycan hökumətinin ev sahibliyi ilə Bakıda keçiriləcək.

“İnkişaf etməkdə olan tərəf ölkələrin ehtiyac və prioritetləri nəzərə alınmaqla, iqlim maliyyəsinin yeni məqsədi ədalətli və iddialı olmalı, iqlim böhranının aktuallığı və miqyasına uyğun gəlməlidir. İkiillik Şəffaflıq Hesabatları öhdəliklər üzrə irəliləyişin izlənməsi, etimad və inamın yaradılması, habelə boşluqlar və maliyyə ehtiyaclarının qiymətləndirilməsi üçün vacibdir”, - deyə Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini, COP29 Azərbaycan üzrə baş danışıqçı Yalçın Rəfiyev qeyd edib.

Bu gün dünyada hər il atmosferə qırx gigatondan artıq karbon qazı buraxlır. Bu sürətlə planetimiz tezliklə 1,5 dərəcə həddini keçəcəkdir. Ölkələrin milli iqlim planları və ya gələn il üçün Milli Səviyyədə Müəyyən edilən Töhfələr (NDCs) bu fəlakətin qarşısını almaq üçün olduqca əhəmiyyətlidir. BMTİP özünün İqlim Vədi təşəbbüsü ilə 100 inkişaf etməkdə olan ölkənin ikinci təftiş dövrü ərzində təkmilləşmiş NDC-ləri təqdim etməsinə dəstək olur. Bu ölkələrin 91%-i istixana qazı emissiyalarının azaldılması üzrə hədəflərə nail olub, 93% isə uyğunlaşma hədəflərini gücləndirə bilib.

BMT/BMTİP-nin Brüssel Ofisinin direktoru Kamilla Brükner qeyd edib ki, iqlim dəyişikliyi ilə bağlı son ictimai rəy sorğusuna əsasən, qlobal miqyasda insanların 80%-i və ya hər beş nəfərdən dördü öz hökumətlərinin iqlim böhranı ilə mübarizə üçün daha qətiyyətli addımlar atmasını istəyir: “Bugünkü kollektiv səylərimiz sabahın dünyasını formalaşdırır. Biz ölkələri iqlimlə bağlı fəaliyyət səylərini gücləndirməkdə dəstəkləməyə hazırıq”.

Müzakirələr zamanı Paris Sazişinin məqsədlərinə uyğun olaraq, milli iqlim fəaliyyətlərini gücləndirməklə ölkələrin daha iddialı hədəflər müəyyən etmələrinin zəruriliyi və icra prosesində dövlət və özəl maliyyələşdirmənin və innovativ yanaşmaların rolu vurğulanıb.

İqlim dəyişikliyinin ən həssas təbəqələrə təsirini nəzərə alaraq, çıxışçılar iqlimlə mübarizə səylərində hərtərəfli töhfə və liderliyin təmin edilməsi üçün təmsilçiliyi məhdud olan qruplarla, o cümlədən qadınlar, yerli icmalar və gənclərlə əlaqələrin yaradılmasının vacibliyini qeyd edib.

BMTİP Azərbaycanda hərtərəfli iqlim fəaliyyətinin əsasını qoyacaq Milli Uyğunlaşmanın Planlaşdırılması prosesində hökumətə dəstək olur.

Paylaş:
624

Son xəbərlər

Lüksemburq parlamentinin qəbul etdiyi sənəd yararsız kağız parçasından başqa bir şey deyil - ŞƏRHBu gün, 20:24Azərbaycan XİN Pakistana başsağlığı veribBu gün, 17:42Hesablama Palatası: Dəfn müavinəti üçün tələb olunan vəsaitin məbləğinə yenidən baxıla bilərBu gün, 17:23Xaçmazdakı qəzada ölən və yaralananların şəxsiyyəti müəyyən edilib - YENİLƏNİBBu gün, 17:17Mikayıl Cabbarov “PowerChina Resources Ltd.” şirkətinin prezidenti ilə görüş keçirdiBu gün, 16:59COP29-u dünyaya və ölkəyə çatdıran media nümayəndələri - FOTOREPORTAJBu gün, 16:54Dövlət Tərcümə Mərkəzi və Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi ləğv edilirBu gün, 16:53Gəncədə qadın sirkə içib öldüBu gün, 16:43Leyla Əliyeva COP29 çərçivəsində nadir canlıların mühafizəsinə həsr olunan panel müzakirələrində iştirak edibBu gün, 16:24Antoni Quterreş Bakıda iqlim maliyyəsi ilə bağlı çağırış etdiBu gün, 16:10Gömrük orqanlarına xidmətə qəbul üçün müsabiqə elan edilibBu gün, 16:02Adil Kərimli İranın mədəni irs, turizm və sənətkarlıq naziri ilə görüşübBu gün, 15:47“Rhenus Group” beynəlxalq logistika xidmətləri şirkəti ADY ilə əməkdaşlıqda maraqlıdırBu gün, 15:44Ceyhun Bayramov misirli həmkarı ilə ikitərəfli və çoxtərəfli əlaqələri müzakirə edibBu gün, 15:39Elm və təhsil naziri Balakəndə vətəndaşların müraciətlərini dinləyəcəkBu gün, 15:06Pirşağı dairəsində müvəqqəti işıqforlar quraşdırıldıBu gün, 14:45İsmail Belen: Meşələr iqlim dəyişikliyi ilə mübarizədə önəmli rol oynayırBu gün, 14:20Mikayıl Cabbarov Yanq Tianfu ilə görüşübBu gün, 14:14Azərbaycanda yaşıl texnologiyalar əsasında iki yeni data mərkəzi tikiləcəkBu gün, 13:56Lənkəranda avtomobil qadını vurub öldürdüBu gün, 13:46
Bütün xəbərlər