MN nümayəndəsi: Vətən Müharibəsində hər hansı ölkənin hərbçilərinin iştirakı barədə iddiaların heç bir əsası yoxdur | 1news.az | Xəbərlər
Cəmiyyət

MN nümayəndəsi: Vətən Müharibəsində hər hansı ölkənin hərbçilərinin iştirakı barədə iddiaların heç bir əsası yoxdur

11:16 - 29 / 07 / 2024
MN nümayəndəsi: Vətən Müharibəsində hər hansı ölkənin hərbçilərinin iştirakı barədə iddiaların heç bir əsası yoxdur

44 günlük Vətən müharibəsindən sonra Türkiyənin rəsmi şəxsləri qardaş ölkənin torpaqlarımızın işğaldan azad olunması və suverenliyinin bərpasında rolu, hətta hərbi əməliyyatlarda iştirakı barədə iddialar səsləndiriblər, son zamanlar isə bu fikirlər daha yüksək səviyyədə ifadə olunur.

Məsələyə münasibət bildirilməsi üçün Azərbaycan Müdafiə Nazirliyinə müraciət etdik.

1news.az xəbər verir ki, Nazirliyin yüksək vəzifəli nümayəndəsinin sözlərinə görə, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası ilə bağlı gedən döyüşlərdə hər hansı ölkənin hərbçilərinin iştirakı barədə iddiaların heç bir əsası yoxdur:

"44 günlük Vətən Müharibəsi zamanı Türkiyə və Pakistan Azərbaycana siyasi dəstək göstəriblər. Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə öz çıxışlarında siyasi dəstəyə görə Türkiyə bə Pakistan rəhbərliyinə öz təşəkkürünü bildirib.

Azərbaycan Silahlı Qüvvələri 44 günlük müharibə zamanı 3 minə yaxın, bir günlük antiterror əməliyyatlarında isə 204 şəhid verib, çoxlu sayda müharibə veteranımız, qazimiz var.
Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası uğrunda gedən döyüşlərdə heç bir dövlətin silahlı qüvvələrinin şəxsi heyəti iştirak etməyib".

Paylaş:
1240

Son xəbərlər

Leyla Əliyeva “Kəpənək” uşaq bağçasının açılışında iştirak edib - FOTOBu gün, 16:05Doğum günündə Üzeyir Hacıbəylinin məzarı ziyarət olunubBu gün, 15:50Qrip əleyhinə peyvəndlə bağlı valideynlərə çağırış edilibBu gün, 15:43Allahşükür Paşazadə sabah Rusiyaya gedəcəkBu gün, 15:09Hikmət Hacıyev: İşğal dövründə Azərbaycanın bir çox mədəni və dini abidələri dağıdılıbBu gün, 14:57Bal yarmarkasında satışa ən çox cökə balı çıxarılıbBu gün, 14:53Kapital Bank-ın Quba-Xaçmaz bölgəsi üzrə Əlaqə mərkəzi istifadəyə verildiBu gün, 14:24Kütləvi davada tələbə 5 xəncər zərbəsi alıbBu gün, 14:07“4Sİ Akademiyası” “Üstün Nailiyyət Mükafatı 2024” müsabiqəsinin qalibi seçilibBu gün, 13:37Əmək müqavilələrinin elektron sənəd formasına keçirilməsi mərhələləri müəyyənləşibBu gün, 13:16Xüsusi siniflər üzrə şagird sıxlığı normaları müəyyənləşib - Baş nazir qərar imzaladıBu gün, 13:12KOB-ların maliyyələşdirilməsi ilə bağlı 6-cı qrant müsabiqəsi elan edilirBu gün, 12:54“28 May” metrostansiyası ilə Hövsan Yaşayış Kompleksi arasında yeni marşrut xətti açıldıBu gün, 12:398 Noyabr prospektində əsaslı təmir işləri davam etdirilir - FOTOBu gün, 12:32I sinfə və məktəbəhazırlıq qruplarına elektron qəbul yenidən aktivləşdirilibBu gün, 12:28Lökbatanda palçıq vulkanında püskürmə qeydə alınıbBu gün, 12:14İş və istirahət günlərinin yerləri dəyişdirilibBu gün, 12:0227 dərəcəyədək isti olacaq - Sabahın havası açıqlandıBu gün, 11:50Sentyabrın 18-i Milli Musiqi GünüdürBu gün, 11:42Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü təsis edilibBu gün, 11:26
Bütün xəbərlər