XİN-dən Azərbaycan vətəndaşlarına ÇAĞIRIŞ: İsrailə səfər etməmələri tövsiyə olunur | 1news.az | Xəbərlər
Siyasət

XİN-dən Azərbaycan vətəndaşlarına ÇAĞIRIŞ: İsrailə səfər etməmələri tövsiyə olunur

Qafar Ağayev17:38 - 05 / 08 / 2024
XİN-dən Azərbaycan vətəndaşlarına ÇAĞIRIŞ: İsrailə səfər etməmələri tövsiyə olunur

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) vətəndaşları İsrailə səfər etməməyə çağırıb.

Bu barədə 1news.az-a XİN-dən məlumat verilib.

Bildirilib ki, İsrail Dövlətinin yerləşdiyi regionda sürətlə dəyişən təhlükəsizlik vəziyyəti nəzərə alınaraq, Azərbaycan Respublikası vətəndaşlarına zəruri olmadığı təqdirdə İsrailə səfər etməmələri tövsiyə olunur:

"Hazırda İsraildə yaşayan və səfərdə olan Azərbaycan vətəndaşlarından mühafizə və təhlükəsizlik qaydalarına riayət etmələri, əhalinin sıx toplaşdığı yerlərə getməmələri zəruridir", - məlumatda qeyd olunub.

Paylaş:
406

Son xəbərlər

Bütün xəbərlər