Mikayıl Cabbarov: Son 5 ildə özəl sektorda əmək müqavilələrinin sayı 79% artıb
Son 5 ildə qeyri-neft sektorunun özəl bölməsində daimi əmək müqavilələrinin sayı 79% artıb.
1news.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsində paylaşım edib.
“Son 5 ildə qeyri-neft sektorunun özəl bölməsində daimi əmək müqavilələrinin sayı 79% artıb. Bu, 426 min yeni əmək müqaviləsi deməkdir. Əmək bazarında keyfiyyət dəyişikliyi iqtisadi artım, yeni müəssisələrin fəaliyyətə başlaması, investisiya təşviqi çərçivəsində həyata keçirilən layihələr və təşviq əsaslı vergi siyasətinin nəticəsidir” - deyə Mikayıl Cabbarov paylaşımda qeyd edib.
177