KOB subyektlərinin işini asanlaşdıran təşəbbüs – “Bakı KOB evi”ndə gömrük fəaliyyəti - FOTO | 1news.az | Xəbərlər
Siyasət

KOB subyektlərinin işini asanlaşdıran təşəbbüs – “Bakı KOB evi”ndə gömrük fəaliyyəti - FOTO

Qafar Ağayev15:16 - 07 / 08 / 2024
KOB subyektlərinin işini asanlaşdıran təşəbbüs – “Bakı KOB evi”ndə gömrük fəaliyyəti - FOTO

İdxal sahəsində KOB subyektlərinin işinin daha da asanlaşdırılması məqsədilə “Bakı KOB evi”ndə “KOB gömrük anbarı” yaradılıb.

1news.az xəbər verir ki, Bakı Baş Gömrük İdarəsi və Hava Limanı vasitəsilə ölkəyə gətirilən mallar üçün KOB subyektləri bu anbarın imkanlarından istifadə edə bilərlər. Anbar 1350 kvadrat metr ərazini əhatə edir. Anbarda KOB subyektlərinin kiçik həcmli malları saxlanılır və “Bakı KOB evi”ndə gömrük rəsmiləşdirilməsi həyata keçirilir.

“KOB gömrük anbarı” KOB-ların mallarının operativ şəkildə rəsmiləşdirilməsi, bu sahədə fəaliyyətin sürətləndirilməsi və daha da asanlaşdırılması məqsədilə Dövlət Gömrük Komitəsi və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) birgə təşəbbüsü ilə yaradılıb.

Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov və KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov anbarın fəaliyyəti ilə tanış olublar.

Dövlət Gömrük Komitəsinin rəhbərliyi “Bakı KOB evi”ndə gömrük təmsilçiləri, logistika şirkətləri və idxal-ixrac əməliyyatları ilə məşğul olan sahibkarlarla görüşüb, müvafiq sahədə fikir mübadiləsi aparıblar. Həmçinin, Dövlət Gömrük Komitəsinin rəhbərliyi “Bakı KOB evi”nin Beynəlxalq Ticarət, İnkişaf və Logistika Zonasında fəaliyyət göstərən Dövlət Gömrük Komitəsinin xidməti pəncərələrinin fəaliyyəti ilə tanış olublar.

Qeyd edək ki, “Bakı KOB evi”ndə fəaliyyət göstərən Beynəlxalq Ticarət, İnkişaf və Logistika Zonasında Dövlət Gömrük Komitəsi, eləcə də gömrüklə əlaqəli xidmətlər təqdim edən gömrük təmsilçiləri, logistika şirkətləri və digər idxal-ixrac əməliyyatları ilə bağlı geniş spektrli xidmətlər təqdim olunur. Bu, idxal-ixrac əməliyyatları üzrə sahibkarların vahid mərkəzdən lazımi xidmətləri almasına, bununla da vaxt və əməliyyat xərclərinə qənaət etməsinə imkan verir.

Paylaş:
498

Son xəbərlər

Lüksemburq parlamentinin qəbul etdiyi sənəd yararsız kağız parçasından başqa bir şey deyil - ŞƏRHBu gün, 20:24Azərbaycan XİN Pakistana başsağlığı veribBu gün, 17:42Hesablama Palatası: Dəfn müavinəti üçün tələb olunan vəsaitin məbləğinə yenidən baxıla bilərBu gün, 17:23Xaçmazdakı qəzada ölən və yaralananların şəxsiyyəti müəyyən edilib - YENİLƏNİBBu gün, 17:17Mikayıl Cabbarov “PowerChina Resources Ltd.” şirkətinin prezidenti ilə görüş keçirdiBu gün, 16:59COP29-u dünyaya və ölkəyə çatdıran media nümayəndələri - FOTOREPORTAJBu gün, 16:54Dövlət Tərcümə Mərkəzi və Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi ləğv edilirBu gün, 16:53Gəncədə qadın sirkə içib öldüBu gün, 16:43Leyla Əliyeva COP29 çərçivəsində nadir canlıların mühafizəsinə həsr olunan panel müzakirələrində iştirak edibBu gün, 16:24Antoni Quterreş Bakıda iqlim maliyyəsi ilə bağlı çağırış etdiBu gün, 16:10Gömrük orqanlarına xidmətə qəbul üçün müsabiqə elan edilibBu gün, 16:02Adil Kərimli İranın mədəni irs, turizm və sənətkarlıq naziri ilə görüşübBu gün, 15:47“Rhenus Group” beynəlxalq logistika xidmətləri şirkəti ADY ilə əməkdaşlıqda maraqlıdırBu gün, 15:44Ceyhun Bayramov misirli həmkarı ilə ikitərəfli və çoxtərəfli əlaqələri müzakirə edibBu gün, 15:39Elm və təhsil naziri Balakəndə vətəndaşların müraciətlərini dinləyəcəkBu gün, 15:06Pirşağı dairəsində müvəqqəti işıqforlar quraşdırıldıBu gün, 14:45İsmail Belen: Meşələr iqlim dəyişikliyi ilə mübarizədə önəmli rol oynayırBu gün, 14:20Mikayıl Cabbarov Yanq Tianfu ilə görüşübBu gün, 14:14Azərbaycanda yaşıl texnologiyalar əsasında iki yeni data mərkəzi tikiləcəkBu gün, 13:56Lənkəranda avtomobil qadını vurub öldürdüBu gün, 13:46
Bütün xəbərlər