Hacıqabul Sənaye Parkında günəş elektrik stansiyasının qurulması nəzərdə tutulur | 1news.az | Xəbərlər
İqtisadiyyat

Hacıqabul Sənaye Parkında günəş elektrik stansiyasının qurulması nəzərdə tutulur

20:13 - 15 / 08 / 2024
Hacıqabul Sənaye Parkında günəş elektrik stansiyasının qurulması nəzərdə tutulur

İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyi (İZİA) ilə Azərbaycanda alternativ enerji stansiyalarının qurulması ilə ixtisaslaşan “AGAS Group” MMC arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

Memorandumu İZİA-nın İdarə Heyətinin sədri Seymur Adıgözəlov və “AGAS Group” MMC-nin direktoru İlkin Quliyev imzalayıblar.

Sənədə əsasən ölkəmizdə keçiriləcək COP29-a və “yaşıl enerji” islahatlarına dair öhdəliklərin dəstəklənməsi məqsədilə İZİA-nın idarəçiliyində olan Hacıqabul Sənaye Parkında yerləşən obyektlərin alternartiv enerji ilə təmin edilməsi nəzərdə tutulur.

Memorandum çərçivəsində “AGAS Group” MMC tərəfindən Hacıqabul Sənaye Parkında 2,5 MVt-lıq günəş elektrik stansiyasının (GES) qurulmasının texniki-iqtisadi əsaslandırması hazırlanacaq. Növbəti mərhələdə GES-in qurulması və Sənaye Parkının “yaşıl enerji” ilə təmin olunması planlaşdırılır.

Paylaş:
211

Son xəbərlər

Bakı şəhəri təhsil işçilərinin sentyabr konfransı keçirilibBu gün, 22:24Batumidə Azərbaycan-Gürcüstan-Türkiyə müdafiə nazirlərinin 11-ci üçtərəfli görüşü keçirilibBu gün, 18:01Azərbaycan Milli Paralimpiya komandası üzvləri təltif edilib - SİYAHIBu gün, 17:44İlham Əliyev Paralimpiya Oyunlarının medalçılarını mükafatlandırıbBu gün, 17:41Sumqayıtda küçədə üzərində yanıq izləri olan meyit tapılıbBu gün, 17:26Baş prokuror Abşeron rayonunda vətəndaşları qəbul edibBu gün, 17:12Yenicə tələbə adını qazanan 18 yaşlı Aqilin sizin köməyinizə ehtiyacı var - FOTOBu gün, 17:00DİN: Avqustda 352 kq narkotik dövriyyədən çıxarılıbBu gün, 16:48Formula-1 Azərbaycan Qran Prisi çərçivəsində tibbi xidmətlərin təşkili məqsədilə yüzdən çox tibb işçisi təhkim olunubBu gün, 16:22Azərbaycan sərhədlərində gözləyən yük avtomobillərinin sayı açıqlandıBu gün, 16:12Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilibBu gün, 15:42Ekoloji təmiz nəqliyyat vasitələrinin kreditləşməsində müsbət dinamika müşahidə olunurBu gün, 15:22Kolleclərə qəbul olunanlar üçün qeydiyyat başlayıbBu gün, 14:58“28 May” metrostansiyasında eskalator əsaslı təmirdən sonra istifadəyə verilibBu gün, 14:50Bakı, Sumqayıt və Abşeron üzrə sentyabr ayının pensiyaları ödənilibBu gün, 14:37Ceyhun Bayramov Ukraynanın yeni XİN rəhbəri ilə telefon danışığı aparıbBu gün, 14:27Bakı-Şamaxı-Yevlax yolunun bir hissəsində nəqliyyatın hərəkəti iki aylıq qismən məhdudlaşdırılacaqBu gün, 14:23İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində COP29-a hazırlıqla bağlı görülən işlərlə tanış olubBu gün, 14:13Azercell yeni Wi-Fi cihazını təqdim edirBu gün, 13:59Azərbaycan və Gürcüstan müdafiə nazirləri hərbi sahədə əməkdaşlığı müzakirə ediblərBu gün, 13:52
Bütün xəbərlər