“Həm Prezident seçkiləri, həm də parlament seçkiləri ilə Azərbaycan özünün yeni tarixinə start verib” | 1news.az | Xəbərlər
Siyasət

“Həm Prezident seçkiləri, həm də parlament seçkiləri ilə Azərbaycan özünün yeni tarixinə start verib”

11:42 - 24 / 08 / 2024
“Həm Prezident seçkiləri, həm də parlament seçkiləri ilə Azərbaycan özünün yeni tarixinə start verib”

“Ölkədə keçirilən son iki seçkinin Azərbaycanın gələcək taleyi baxımından çox böyük əhəmiyyəti vardır”.

1news.az “Seçki 2024” Müstəqil Media Mərkəzinə istinadən xəbər verir ki, bunu “Müstəqil Mətbuat Mərkəzi” İctimai Birliyinin sədri Elçin Xalidbəyli deyib.

O xatırladıb ki, Azərbaycanda bu ilin fevral ayında keçirilmiş Prezident seçkiləri ölkənin müstəqillik tarixində ilk dəfə bütün ölkə ərazisində, bütün ölkə əhalisini tam əhatə etməklə keçirilib. Sentyabrın 1-də Milli Məclisə keçiriləcək seçkilər isə ilk belə parlament seçkiləri olacaq.

“Həm Prezident, həm də parlament seçkiləri ilə Azərbaycan özünün yeni tarixinə start verib. Əvvəl Prezident seçkiləri, daha sonra isə sentyabrın 1-də keçiriləcək parlament seçkiləri Azərbaycana daha irəli, strateji baxımdan yeni mərhələyə keçmək imkanı yaradacaq. Yeni formalaşacaq parlament Azərbaycanın inkişafına, ölkəmizin güclənməsinə öz töhfələrini verəcək. Eləcə də, yeni parlament vətəndaşların hüquqlarının tam təmin olunması istiqamətində mövqelərini gücləndirəcək”.

E.Xalidbəyli deyib ki, seçkilər prosesində media nümayəndələrinin üzərinə böyük məsuliyyət düşür.

“Media seçkiləri obyektiv şəkildə işıqlandırmalıdır. Seçki prosesində media nümayəndələrinin qanunvericiliyə uyğun olaraq rahat şəkildə faəliyyət göstərməsi üçün bütün imkanlar yaradılıb. Media nümayəndələri də bu məsuliyyəti işə diqqətli yanaşmalıdırlar”.

Paylaş:
1034

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər