Aida Eyvazlı: “Seçkilərdə qalib gələcək namizədlər yenilənmiş Azərbaycanın deputatı olacaq”
“İgid oğullarımızın, qəhrəman Ordumuzun azad etdiyi torpaqlarda, Azərbaycanın bütün suveren ərazilərində bu ilin fevral ayında uğurlu Prezident seçkiləri keçirdik”.
1news.az xəbər verir ki, bu fikirləri “Seçki 2024” Müstəqil Media Mərkəzinə açıqlamasında “İpək Yolu” Mədəni və Tarixi Araşdırmalar İctimai Birliyinin sədri Aida Eyvazlı deyib.
“İndi isə həmin torpaqlarda yenidən seçki qutuları qurulub, bu dəfə parlament seçkilərinə hazırlıq gedir. Xalq öz deputatlarını seçəcək, inandığı şəxslərə səs verəcək. Yeni parlamentdə seçilən hər bir şəxs bilməlidir ki, o yenilənmiş, güclü Azərbaycanın deputatıdır”.
“Yeni parlament dünyada Azərbaycanın layiqli yerini müəyyən edən yeni qərarlara, qanunlara imza atacaq. Xalqımız fəal olmalı, seçkilərdə layiqli namizədlərin seçilib müəyyənləşdirilməsinə çalışmalıdır”, - deyə o bildirib.