Məzahir Pənahovdan müşahidəçilərə müraciət: Bütün seçki məntəqələrində müşahidə apara bilərlər
"Azərbaycanda parlament seçkiləri ilə əlaqədar 6 min 478 seçki məntəqəsi fəaliyyət göstərir. Onların 6 min 343-ü daimi, 135-i müvəqqətidir".
1news.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən mətbuat konfransında MSK sədri Məzahir Pənahov deyib.
M.Pənahov əlavə edib ki, 135 müvəqqəti seçki məntəqələri ilə daimi məntəqələrin müşahidəçilik baxımından heç bir fərqi yoxdur: "Qeydiyyatdan keçən müşahidəçilər daimi və müvəqqəti ayrılığı olmadan, bütün seçki məntəqələrində müşahidə apara bilərlər. Sadəcə qaydalara tabe olmaq lazımdır. Qaydaları pozan müşahidəçilər qanunvericiliyin tələblərinə uyğun məsuliyyətə cəlb ediləcək”.
232