Nazir: Rus dili bölməsində təhsil alan şagirdlər öz tarixini və ədəbiyyatını Azərbaycan dilində öyrənməlidirlər | 1news.az | Xəbərlər
Cəmiyyət

Nazir: Rus dili bölməsində təhsil alan şagirdlər öz tarixini və ədəbiyyatını Azərbaycan dilində öyrənməlidirlər

Qafar Ağayev11:41 - 10 / 09 / 2024
Nazir: Rus dili bölməsində təhsil alan şagirdlər öz tarixini və ədəbiyyatını Azərbaycan dilində öyrənməlidirlər

“Azərbaycanda yaşayan, oxuyan hər bir şagird Azərbaycan dilini bilməlidir”

1news.az xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib.

"Hansı bölmədə oxumasından aslı olmayaraq onsuz da şagirdlər Azərbaycan dilini öyrənirlər. Bizim yanaşmamız belədir ki, şagirdlər öz tarixi və ədəbiyyatını Azərbaycan dilində öyrənməlidirlər. Rus bölməsində oxuyan şagirdlərə Azərbaycan tarixi və ədəbiyyat dərsinin Azərbaycan dilində tədris olunması problem olaraq düşünülməməlidir. Şagirdlərin Azərbaycan dili bilikləri yüksək olmalıdır”.

Paylaş:
149

Son xəbərlər

Bütün xəbərlər