Azercell-dən Litres və Busuu tətbiqlərindən pulsuz istifadə imkanı | 1news.az | Xəbərlər
Cəmiyyət

Azercell-dən Litres və Busuu tətbiqlərindən pulsuz istifadə imkanı

Qafar Ağayev14:13 - 11 / 09 / 2024
Azercell-dən Litres və Busuu tətbiqlərindən pulsuz istifadə imkanı

“Azercell Telekom” MMC yeni tədris ili ərəfəsində mütaliə və xarici dillərə marağı olan abunəçilər üçün “Məktəbə qayıdış” kampaniyasını elan edir.

10.09.2024-cü il tarixindən etibarən “Litres” elektron kitabxanası və “Busuu” məşhur dil öyrənmə tətbiqinə yeni qoşulan Azercell abunəçiləri 30 gün müddətində hər iki proqramdan pulsuz istifadə imkanı əldə edəcək. Kampaniya 30 sentyabr tarixinədək keçərlidir.

Xatırladaq ki, “Litres” böyük nəşriyyatlarla rəsmi əməkdaşlıq çərçivəsində unikal və zəngin çeşid təqdim edən rəqəmsal kitab platformasıdır. Bu tətbiq vasitəsilə məkandan və cihazdan asılı olmayaraq, hətta oflayn rejimdə belə kitabları həm oxumaq, həm də dinləmək mümkündür. Tətbiqə türk, ingilis, rus, alman, fransız və digər dillərdə 200000 e-, 50000 audiokitab daxildir. Qeyd edək ki, “Litres” Azərbaycan dilində 2700-dən çox müxtəlif mövzularda və janrlarda kitabları istifadəçilərə əlçatan edir. Elektron kitabxananın təqdim etdiyi geniş imkanlardan faydalanmaq istəyənlər *301#YES kodunu yığaraq “Standart” e-kitab tarifinə qoşula bilərlər.

Dünyanın top 10 dil öyrənmə platformaları sırasında olan “Busuu” proqramı vasitəsilə isə real vaxt rejimində xarici dillərə yiyələnmək mümkündür. Azercell-in “Busuu+Premium” abunəliyi ilə istifadəçilər “Tədris Planı”, “Biznes və Səyahət” kursları, “Söz ehtiyatı” məşqləri və “Video dərslərdən” yararlana bilərlər. Abunə olmaq üçün *969#YES kodunu yığmaq kifayətdir.

Kampaniya barədə ətraflı məlumat üçün Məktəbə qayıdış səhifəsinə keçid etməyiniz xahiş olunur.

Qeyd edək ki, hər iki xidmətə Azercell-in rəsmi saytı, “Azercell” tətbiqi və ya sms üzərindən də qoşulmaq olar.

“Azercell Telekom” MMC bütün məktəbliləri yeni tədris ili münasibətilə təbrik edir, onlara zehin açıqlığı və bol müvəffəqiyyətlər arzulayır!

Reklam hüququnda

Paylaş:
131

Son xəbərlər

Bakının bir sıra yollarında tıxac müşahidə edilirBu gün, 09:08Nəsimi rayonunda saxlanılan 3 nəfərdən 8 kiloqram narkotik vasitə aşkarlanıb15 / 10 / 2024, 17:43DİM: PMS imtahanını verəcək namizədlər buraxılış vərəqələrini çap edə bilərlər15 / 10 / 2024, 17:20Yağış yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ15 / 10 / 2024, 16:54Laçında tramvay xətti çəkiləcək15 / 10 / 2024, 16:25Agro Dairy ilə Macarıstan Kənd Təsərrüfatı və Təbiət Elmləri Universiteti arasında əməkdaşlıq haqqında memorandum imzalanıb - FOTO15 / 10 / 2024, 16:01Bakıda küçədə əl qumbarası və avtomat aşkarlanıb15 / 10 / 2024, 15:50Ağdaşda kanaldan meyit tapılıb15 / 10 / 2024, 15:31Bu ilin yanvar-avqust ayları ərzində evlənənlərin sayı azalıb15 / 10 / 2024, 15:16Bu ilin səkkiz ayı ərzində ölkədə ölənlərin sayı açıqlanıb15 / 10 / 2024, 13:49Azərbaycan beynəlxalq axtarışda olan iki nəfəri Rumıniya və Lüksemburqa təhvil verib15 / 10 / 2024, 13:32Ötən səkkiz ayda Azərbaycanda doğulan əkiz, üçəm və dördəmlərin sayı açıqlanıb15 / 10 / 2024, 13:21Azərbaycan əhalisinin sayı açıqlanıb15 / 10 / 2024, 13:02Sabahın hava proqnozu15 / 10 / 2024, 12:45DİN: Ötən gün 8,7 kiloqramdan çox narkotik vasitə aşkarlanaraq götürülüb15 / 10 / 2024, 12:22Azərbaycan Mərkəzi Bankının bu günə olan valyuta məzənnələrini açıqladı15 / 10 / 2024, 12:06Bu gün görkəmli kinorejissor Hüseyn Seyidzadənin doğum günüdür15 / 10 / 2024, 11:46Hacıqabulda suyun çəkilərək kənarlaşdırılması işləri davam etdirilir15 / 10 / 2024, 11:19FHN: Ötən sutka 11 nəfər xilas edilib15 / 10 / 2024, 10:52Azərbaycan nefti ucuzlaşıb15 / 10 / 2024, 10:35
Bütün xəbərlər