AMB EBRD ilə maliyyə sektorunun dayanıqlı inkişafını müzakirə edib | 1news.az | Xəbərlər
İqtisadiyyat

AMB EBRD ilə maliyyə sektorunun dayanıqlı inkişafını müzakirə edib

Qafar Ağayev12:10 - 11 / 09 / 2024
AMB EBRD ilə maliyyə sektorunun dayanıqlı inkişafını müzakirə edib

Azərbaycan Mərkəzi Bankı (AMB) və Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) arasında maliyyə sektorunun dayanıqlı inkişafı müzakirə edilib.

1news.az xəbər verir ki, bunu AMB-nin sədri Taleh Kazımov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

"EBRD-nin Türkiyə və Qafqaz regionu üzrə icraçı direktoru Elizabeta Falçettinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdən məmnun olduq. Görüş çərçivəsində maliyyə sektorunun dayanıqlı inkişafı, bununla bağlı strateji planlarımız, real sektorun maliyyəyə çıxış imkanlarının genişləşdirilməsi, eləcə də “yaşıl keçid”lə bağlı icra olunacaq təşəbbüslərə EBRD-nin dəstək imkanlarını müzakirə etdik, həmçinin EBRD ilə əməkdaşlığın cari vəziyyətinə və gələcək perspektivlərinə dair fikir mübadiləsi apardıq", - deyə o qeyd edib.

Paylaş:
202

Son xəbərlər

Nəsimi rayonunda saxlanılan 3 nəfərdən 8 kiloqram narkotik vasitə aşkarlanıb15 / 10 / 2024, 17:43DİM: PMS imtahanını verəcək namizədlər buraxılış vərəqələrini çap edə bilərlər15 / 10 / 2024, 17:20Yağış yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ15 / 10 / 2024, 16:54Laçında tramvay xətti çəkiləcək15 / 10 / 2024, 16:25Agro Dairy ilə Macarıstan Kənd Təsərrüfatı və Təbiət Elmləri Universiteti arasında əməkdaşlıq haqqında memorandum imzalanıb - FOTO15 / 10 / 2024, 16:01Bakıda küçədə əl qumbarası və avtomat aşkarlanıb15 / 10 / 2024, 15:50Ağdaşda kanaldan meyit tapılıb15 / 10 / 2024, 15:31Bu ilin yanvar-avqust ayları ərzində evlənənlərin sayı azalıb15 / 10 / 2024, 15:16Bu ilin səkkiz ayı ərzində ölkədə ölənlərin sayı açıqlanıb15 / 10 / 2024, 13:49Azərbaycan beynəlxalq axtarışda olan iki nəfəri Rumıniya və Lüksemburqa təhvil verib15 / 10 / 2024, 13:32Ötən səkkiz ayda Azərbaycanda doğulan əkiz, üçəm və dördəmlərin sayı açıqlanıb15 / 10 / 2024, 13:21Azərbaycan əhalisinin sayı açıqlanıb15 / 10 / 2024, 13:02Sabahın hava proqnozu15 / 10 / 2024, 12:45DİN: Ötən gün 8,7 kiloqramdan çox narkotik vasitə aşkarlanaraq götürülüb15 / 10 / 2024, 12:22Azərbaycan Mərkəzi Bankının bu günə olan valyuta məzənnələrini açıqladı15 / 10 / 2024, 12:06Bu gün görkəmli kinorejissor Hüseyn Seyidzadənin doğum günüdür15 / 10 / 2024, 11:46Hacıqabulda suyun çəkilərək kənarlaşdırılması işləri davam etdirilir15 / 10 / 2024, 11:19FHN: Ötən sutka 11 nəfər xilas edilib15 / 10 / 2024, 10:52Azərbaycan nefti ucuzlaşıb15 / 10 / 2024, 10:35Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşıb15 / 10 / 2024, 10:10
Bütün xəbərlər